"Barselona" ona 70 milyon avro qiymət qoydu

"Barselona" ona 70 milyon avro qiymət qoydu
DÜNYA FUTBOLU 2 May 2022 / 19:24 2240
-  A +

"Barselona" futbolçusu Frenki De Yonqla bu yay yolları ayrıla bilər. 

Qol.az "sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi niderlandlı yarımmüdafiəçini 70 milyon avroya satmağa hazırdır.

Onunla "Mançester Yunayted"in maraqlandığı bildirilir. İngiltərə klubunun yeni baş məşqçisi Erik ten Haq komandanın oyununu "Barselona"nın yarımmüdafiəçisi ətrafında qurmağı planlaşdırır.

Qeyd edək ki, De Yonq bu mövsüm La Liqada 29 oyuna çıxıb, 3 qol vurub və 3 qolun ötürməsini verib.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu