"Real" - "Mançester Siti" matçının hakimləri bilindi

"Real" - "Mançester Siti" matçının hakimləri bilindi
DÜNYA FUTBOLU 2 May 2022 / 17:20 3100
-  A +

Çempionlar Liqasında yarımfinal mərhələsinin "Real" - "Mançester Siti" cavab oyununun hakimləri açıqlanıb.

Qol.az xəbər verir ki, görüşü Deniele Orsatonun başçılıq edəcəyi hakimlər briqadası idarə edəcək.

Alessandro Jallatini və Çiro Karbone yan xətt hakimləri olacaq. Davide Massa 4-cü hakim funksiyasını yerinə yetirəcək. 

Qeyd edək ki, mayın 4-də keçiriləcək "Real" - "Mançester Siti" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında ilk matçda ingilislər 4:3 hesablı qələbə qazanıb.


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun