A seriyasında 4 oyunun nəticəsi

A seriyasında 4 oyunun nəticəsi
DÜNYA FUTBOLU 1 May 2022 / 00:52 2599
-  A +

İtaliya A seriyasında 35-ci tura start verilib.

Qol.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.

“Sampdoriya” doğma meydanda “Cenoa”ya tək qolla qalib gəlib. “Kalyari” evdə “Verona”ya, “Spetsiya” isə “Latsio”ya məğlub olub. “Napoli” öz meydanında “Sassuolo”nu darmadağın edib.

İtaliya A Seriyası

35-ci tur

30 aprel

"Kalyari" – "Verona"  - 1:2
Qollar:
J.Pedro, 57 – Barak, 8. Kaprari, 44.

"Napoli" – "Sassuolo" - 6:1
Qolkar:
Kulibali, 7. Osimhen, 15. Lozano, 19. Mertens, 21; 54. Rrahmani, 80 – M.Lopes, 87.

"Sampdoriya" – "Cenoa"  - 1:0
Qol:
Sabiri, 25.

"Spetsiya" – "Latsio" - 3:4
Qollar:
Amian, 9. Aqudelo, 35. Hristov, 56 – İmmobile, 33-pen. Provedel, 54-öz qapısına. Milinkoviç-Saviç, 68. Açerbi, 90.

Tunir cədvəlinə 74 xalla "Milan" başçılıq edir. "İnter" 72 xalla 2-ci, "Napoli" 70 xalla 3-cüdür.


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun