Haalandın het-triki "Borussiya"ya xal qazandırmadı, "Bavariya" uduzdu

Haalandın het-triki "Borussiya"ya xal qazandırmadı, "Bavariya" uduzdu
DÜNYA FUTBOLU 30 Aprel 2022 / 19:36 3644
-  A +

"Bavariya" və "Borussiya" (Dortmund) Almaniya Bundesliqasında 32-ci tur oyununa çıxıblar.

Qol.az xəbər verir ki, çempionluğu vaxtından əvvəl rəsmiləşdirən Münhen təmsilçisi "Maynts"ın qonağı olub və 1:3 hesabı ilə uduzub. Dortmund klubu isə evdə "Bohum"a 3:4 hesabı ilə məğlub olub.

"Maynts" - "Bavariya" - 3:1
Qollar:
Burkardt, 18 (1:0), Niakhate, 27 (2:0), Levandovski, 33 (2:1), Martins, 57 (3:1)

"Borussiya" (Dortmund) - "Bohum" - 3:4
Qollar:
Polter, 3 (0:1), Holtmann, 8 (0:2), Haaland, 18-pen (1:2), 30-pen (2:2), 62 (3:2), Lokadia, 81 (3:3), Mantoviç, 85 (3:4)

Qeyd edək ki, "Bavariya" 75 xalla 1-ci, "Borussiya" 63 xalla 2-ci, "Bayer" 55 xalla 3-cüdür.


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun