Ançelottidən onlara istirahət

DÜNYA FUTBOLU 27 Aprel 2022 / 20:57 1927
-  A +

"Real"ın futbolçuları Kərim Benzema və Luka Modriç La Liqanın 34-cü turunda "Espanyol"la oyunu buraxacaqlar.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinalında "Mançester Siti" ilə cavab matçı öncəsi sözügedən oyunçulara istirahət vermək qərarına gəlib. Bildirilib ki, italiyalı mütəxəssis Mançester təmsilçisi ilə vacib görüş öncəsi komandanın iki önəmli futbolçusunu riskə atmaq istəmir.

Qeyd edək ki, "Real" - "Espanyol" qarşılaşması aprelin 30-u keçiriləcək.


Son xəbərlər
18.07.25  11:38

İsveçdə son oyun