Yeni mövsümdən Premyer Liqada iştirak edəcəyi gözlənilən komandalardan biri “Turan Tovuz”dur. Klubun icarı direktoru Nadir Nəbiyev Qol.az saytına müsahibəsində bununla bağlı bəzi məsələlərə aydınlıq gətirib.
- “Turan Tovuz” Premyer Liqaya hazırlaşır? Sizə bununla bağlı nəsə deyilibmi?
- Biz hər il hazırlıq görürük. Bu dəfə isə daha ciddi hazırlaşmışıq. İndi şəraitimiz lap yaxşıdır. Bütün tələblərə cavab verdiyimizə görə daha aktivik. Bizə deyilib ki, Premyer Liqaya hazırlaşın, ehtimal var.
- Bunu AFFA-dan deyiblər?
- Belə məsələlərlə klub prezidenti Oqtay Abdullayev məşğul olur deyə, onunla danışmışıq. Bizə rəsmi olaraq bir söz deyilməyib. Amma Premyer Liqaya çıxası olsaq, AFFA-nın ayırdığı az bir büdcə ilə oynayacağıq.
- Başqa sponsor olmayacaq?
- Başqa hələ ki, heç nə yoxdur. Kimsə sponsorluq etmək istəmir.
- AFFA-nın ayıracağı vəsait nə qədərdir?
- Təxminən 500 min manat pul ayrılacaq. Bu, əgər komanda Premyer Liqaya çıxsa, olacaq. 500 minlə Premyer Liqada oynamaq olmaz.
- 500 min büdcə ilə necə bir komanda yaratmaq mümkündür?
- Heç bir şey etmək olmaz. Yeniyetmə uşaqlarla oynamaq olar. Belə heyətlə sabah Premyer Liqada “Qarabağ”ın, “Neftçi”nin, “Zirə”nin qarşısına çıxıb oynamaq olarmı? Biz illərdir deyirik ki, “Turan Tovuz” Premyer Liqaya çıxsın. Bunu hamı istəyirdi. Bu gün o imkan var. Sadəcə olaraq kluba dəstək olmaq lazımdır. Xüsusilə də tovuzlular, futbolu sevənlər. Başqa heç nə lazım deyil.
- Bəlkə, “Turan Tovuz” Premyer Liqada oynasa, kimsə yaxın durub komandaya dəstək olar.
- Oynamaq üçün dəstək əvvəldən olmalıdır. Çünki futbolçular yığılmalı, komanda qurulmalıdır. Bizim təklif etdiyimiz məbləğlə hansı futbolçu gəlib Tovuzda oynayacaq? Oynayanlar olacaq, amma istədiyimiz heyəti qura bilməyəcəyik. Gənclərdən ibarət komanda olacaq. Bu heyətlə də nəsə etmək olmaz. “Turan Tovuz” azarkeşləri futbolu bilir. Onlar komandanın zəif olmasını heç bir halda qəbul etmirlər. Biz də belə azakeşlərin qarşısında böyük hesabla uduzmağı qəbul edə bilmərik. Ona görə də komandanın Premyer Liqada olmasını, yaşamasını istəyiriksə, imkanlı tovuzlular dəstək olmalıdır. Bugünkü durum budur. Əgər komanda Premyer Liqaya çıxacaqsa, az bir vəsaitlə oynayacaq. Tam ətraflı məlumatım yoxdur, amma ehtimal var ki, belə olacaq.
- Büdcə az olsa da, komandada hansısa dəyişiklik gözlənilirmi?
- Bu gün birinci divizionda yükümüz akademiyamızın üstünə düşür. Hələ birinci divizionda 10-cu yerdəyik. Bəllidir ki, 10-cu yerdə olan komanda ilə Premyer Liqaya çıxa bilmərik. Ona görə də dəyişiklik olmalıdır. Bu gün futbolçular Bakıda yaşamağı daha üstün tutur. Bakıdan Tovuza 500 kilometrdir. Paytaxtda şərait daha yaxşıdır. Ona görə də bizim çətinliklərimiz olacaq, futbolçu qıtlığı qaçılmazdır. Futbolçuda maraq olmalıdır. Əgər Bakı klubunu qoyub bura gəlirsə, ən azından daha çox qazanmalıdır. Mən sizə real durumu dedim. Bizə deyilən odur ki, lisenziyalaşdırmanın tələblərinə cavab verirsiniz, biz də müəyən qədər pul ayırırıq, oynamaq istəyirsinizsə, buyurun.
- Son illərdə Premyer Liqaya çıxmaq üçün “Turan Tovuz”da yalnız maliyyə meyarı çatmırdı. İndi az da olsa, pul ayrılacaq. Deməli, Premyer Liqada iştirak üçün maneə qalmır.
- AFFA-nın köməkliyi dediyim kimi 500 mindir. Biz bu büdcə ilə nəsə edə bilmərik. Bəli, komanda meydana çıxıb oynaya bilər. Amma istədiyimiz komandanı görə bilmərik.
- Qeyd etdiyiniz büdcə ilə məsələn, “Səbail” kimi də çıxış edə bilməzsiniz?
- Biz əlimizi qolumuzu sallamayacağıq. Mən bunu demək istəmədim. Amma gəlin baxaq, bu gün Premyer Liqada ən az büdcəsi olan klubun durumu da bizdən dəfələrlə yaxşıdır. Yəni nə qədər az olsa da, o klubun büdcəsi bizimkindən qat-qat çoxdur. Əvvəlki illərdə komanda, futbolçu sayı çox idi. İndi o imkan yoxdur. Əvvəl tovuzlu futbolçular çox idi, onlarla danışıb komandaya gətirmək olurdu. Bu gün kənarda bizim elə çox futbolçumuz da yoxdur. Lap tovuzlu olmasına baxmayaraq, bu gün onları dəvət etsək ki, gəl oyna, deyəcək ki, yaxşı gəlim. Digər futbolçulardan az maaşa da razılaşarlar. Amma gərək az da olsa, nəsə verəsən. Pulsuz kim oynayar ki? Futbolçu ömrü qısa olur və bu müddətdə pul qazanmalıdır. Mən də hansısa futbolçuya deyə bilmərəm ki, gəl, bizdə pulsuz oyna.
- Bölgələrdə son zamanlar futbolun populyarlığı azaldığı üçün iş adamları klublara sponsorluq etmək istəmirlər. Bəs yerli İcra Hakimiyyəti köməklik etmir? Onlara müraciət etmisiniz?
- Müəyyən vaxtlarda dəstək veriblər. Onların da o qədər imkanı yoxdur. İcra Hakimiyyətinin dəstəyi ilə biz komanda saxlaya bilməyəcəyik. Bu gün bizim 10 yaş qrupumuz var. Hazırda U-17-lərimiz çempionatda iştirak edir. Üstəlik “Turan Tovuz” Premyer Liqaya çıxsa, U-19 komandamız da əvəzedicilər kimi çempionatda iştirak etməlidir. Bunların səfərlərə getmək, otel xərcləri var. Tək əsas komanda götürülməməlidir. Bütün futbolçuların geyimi, qidalanma məsələsi var.
AFFA, UEFA və FİFA tərəfindən vəsait ayrıldı, Tovuzda yaxşı akademiya yaradıldı. Amma bu gün tək bununla kifayətlənə bilmirik. Hər cür şəraitimiz var, amma əsas məsələ olan maliyyə vəsaiti yoxdur. Müəyyən vaxtlarda icra Hakimiyyətinə müraciət etmişik. Xırda xərcləri üzərlərinə götürüblər. “Turan Tovuz”a sahib çıxmaq lazımdır. Kimsə, dəstək olsa, Premyer Liqada layiqli şəkildə iştirak edə bilərik. Akademiyamız var, bir neçə ildən sonra yaxşı futbolçular yetişəcək. Əvvəllər necə indi də elə.
- Belə başa düşülür ki, daha iddialı komanda yaratmaq istəyirsiniz?
- Əgər bu gün Premyer Liqaya çıxırıqsa, mübariz bir komanda yaratmalıyıq. “Turan Tovuz” adına yaraşan komanda olmalıdır. Azarkeşlərimiz baxanda görsün ki, bəli, komanda oynadı, mübarizə apardı. Biz 9-10 ildir Premyer Liqada iştirak etmirik. Bu büdcə ilə Premyer Liqada oynasaq, azarkeşlərimizi məyus edəcəyik. Onda da içimizdən belə bir hiss keçəcək ki, bundansa Premyer Liqaya çıxmamaq yaxşı idi.
Ramiq Ağaməmmədov
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama
1-ci liqada oyunların vaxtı açıqlandı
"Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
"Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir"
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
"Bavariya" kapitanını itirdi
Ronaldo Braziliya futboluna rəhbərlik etmək istəyir
"Barselona" Yamala 1 milyard avro qiymət qoydu
Qvardiola niyə müqaviləni uzadıb?
"Qarabağ"ın rəqibi 90+8-ci dəqiqə qolu ilə uduzdu - Video
Dünyanın ən yaxşı futbol çempionatları - Siyahı
PSJ Hakimi ilə razılaşdı
Hazard Mbappeyə qalib gəldi - Video
Azərbaycan basketbol millisi İrlandiyaya uduzdu
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi