«Mən «Qarabağ» - «Neftçi» oyununu televiziya ilə izləmişəm. Rauf Əliyevin yıxıldığı epizodda penalti olmayıb. Sadəcə, qayda pozuntusu cərimə meydançasından kənarda baş verib. Bu epizodda isə hakim cərimə zərbəsi təyin etməliydi». Qol.Az-ın müxbiri ilə söhətində bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev «Qarabağ» - «Neftçi» matçındakı hakimliyi dəyərləndirərkən söyləyib.
Xatırladaq ki, «Qarabağ» rəhbərliyi «Neftçi»nin qapısına iki penaltinin təyin olunmadığını bildirir.
«Həmin epizodda penaltidən söhbət gedə bilməz. Sadəcə, hakim oyunu dayandırmayıb. Amma bu o demək deyil ki, orada qərəz var. İkinci epizoda gəlincə isə, mən o epizoda dəfələrlə baxmışam. Fikrimcə, orada top müdafiəcinin əlinə dəyməyib. Mən nə hakimlərin tərəfini tuturam, nə də «Qarabağ»la «Neftçi»ni pisləyirəm. Bu iki klub da daxil olmaqla Azərbaycan Premyer Liqasında oynayan bütün komandalar mənə doğmadır. Biz heç kimin arasında fərq qoymuruq. Biz komandalarımıza sevgimizi yalnız çempionat bitəndən sonra, Avropa kuboklarının oyununda göstəririk. Bu da ona görə ki, rəqiblərimiz xarici ölkələrin klublarıdır» - deyə R.Musayev bildirib.
PFL prezidenti «Neftçi»nin vitse-prezidenti Tahir Süleymanovun hakimlərin son iki ildə «Qarabağ»a kömək etməsilə bağlı iddialarına da münasibətini açıqlayıb: «Heç bir klub rəsmisi deyə bilməz ki, AFFA və PFL tərəfindən çempionatda hansısa kluba dəstək verilib. Biz heç kimə kömək etməmişik və etmərik də» - deyə o o vurğulayıb.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir