“Mançester Yunayted”in keçmiş futbolçusu Pol Skoulz komandanın yarımmüdafiəçisi Pol Poqbanın oyununu tənqid edib.
Qol.az xəbər verir ki, o, "TalkSport"a açıqlamasında fransalı futbolçunun bacarıqlı olduğunu, ancaq bunu ortaya qoya bilmədiyini deyib:
“O uşaq olanda mən komandada idim. Bu oğlanda yarımmüdafiəçidən istədiyiniz hər şey var. Texnikası, qaçmağı yaxşıdır. Sadəcə, onun futbolçu kimi öyrənmədiyini düşünürəm. Həmişə eyni səhvləri təkrar edir.
Bu, məyusedicidir. Deyəsən, getməyə hazırlaşır. Hara gedəcəksə, məşqçi onu nəzarətə götürəcək və məncə, "Yuventus"da olduğu kimi uğur qazanacaq. “Mançester Yunayted”də nədənsə bu, alınmadı. Onun Fransa millisində necə oynadığını görürsünüz.
İnsanlar onu yanlış qiymətləndirirlər. Yaxşı oğlandır, işləmək, öyrənmək istəyir. Ümid edirəm ki, o, daha da irəli gedəcək və uğur qazanacaq. Biz hamımız bilirik ki, o, dünya səviyyəli oyunçu olmaq qabiliyyətinə və istedadına malikdir”.
Qeyd edək ki, Poqbanın klubu ilə müqaviləsi mövsümün sonuna qədərdir. Daha əvvəl komandanın baş məşqçisi Ralf Ranqnik futbolçunun sözləşməni yeniləmək fikrində olmadığını açıqlayıb.
Kasemiro bu kluba keçir
Dünya çempionatı üçün 400 minlik evini satdı
Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı
Bu stadionda tribunalardan biri Messinin adını daşıyacaq
"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq
Entoni Qordon "Nyukasl"dan gedir?
Salah A Seriyasına qayıda bilər
Vinisius millinin matçını buraxa bilər
"Marsel" ÇL-ə vəsiqə qazanmasa, klubdan ayrılacaq
Yağışa görə bu oyunlar da təxirə salındı
Şlotterbek "Borussiya"nın ən çox qazanan oyunçusu olacaq
Baş məşqçi VAR-ı sərt tənqid etdi
Azərbaycan millisi Şimali İrlandiyaya da uduzdu
Seneqaldan CAF-a "ulduz"lu cavab
“Biz də bu mövqedə olmaqdan razı deyilik” - Vüsal İsgəndərli
"Nyukasl" klubunun sahibləri dəyişəcək?
"Real"ın sabiq hücumçusu Avropaya qayıda bilər
2-ci liqada 6 oyunun hakimləri