"Betis"in kapitanl Xoakin Sançes İspaniya kubokunu qazandıqları oyundan sonra karyerası ilə bağlı açıqlama verib.
Qol.az xəbər verir ki, iyul ayında 41 yaşı tamam olacaq yarımmüdafiəçi daha bir il oynamaq istədiyini bildirib:
"Karyeramla bağlı planımın pozulum-pozulmadığını deyə bilmərəm. Futbolla vidalaşacağımı gözləyənlərdən üzr istəyirəm. Amma mən daha 1 il oynayacağam".
Qeyd edək ki, "Betis"in yetirməsi olan Sançes bu klubda 447 oyuna 61 qol vurub, 44 məhsuldar ötürmə edib. İspaniya millisinin sabiq üzvü "Malaqa," Valensiya" və "Fiorentina"da da çıxış edib.
Messinin 400-cü assisti
Derbilərin tamaşaçı sayı açıqlandı
“Bavariya” mövsümdə ilk dəfə xal itirdi
"Ayntraxt"dan Götze ilə bağlı qərar
Millimiz mübarizəni dayandırdı
Azərbaycan derbilərini idarə edən hakimlər
"Rəqibə qol epizodu vermədik" - Rəşad Sadıqov
"Bilmirəm baş hakim qərarını niyə dəyişdi" - Kurban Berdiyev
Azərbaycan derbisinə doğru: Vərəqələr, penaltilər