"Liverpul"un baş məşqçisi Yurgen Klopp əla mövsüm keçirdiklərini deyib.
Qol.az "The Telegraph"a istinadən xəbər verir ki, o bildirib ki, heç nə qazanmasalar da, bu, belə qalacaq: "Çempionlar Liqasının finalına yüksəlsək, yenə də əla mövsüm olacaq. Amma qalib gəlməsək, istədiyimiz hörməti görməyəcəyik. Bu isə təbiidir.
“Mançester Siti” olmasaydı, ən azı bir titulumuz daha çox olardı. “Borussiya”da da baş məşqçi olduğum dönəmdə Pep Qvardiola “Bavariya”da işləməsəydi, mənim bir-iki titulum daha olardı. Amma bu, məni qəzəbləndirmir. Məndən üstün olana həmişə hörmət etmişəm. Güclü və zəif tərəflərimizi qəbul etməyi öyrənməliyik.
Azarkeşlərimizə bir az yazığım gəlir, çünki onlar uğuru daha tez-tez qeyd edə bilərdilər".
Qeyd edək ki, "Mançester Siti" hazırda Premyer Liqanın turnir cədvəlində 80 xalla 1-ci pillədə qərarlaşıb. Mançester təmsilçisindən 1 oyun az keçirən "Liverpul" 76 xalla 2-cidir.
Noyer geri dönür
Kasemiro bu kluba keçir
Dünya çempionatı üçün 400 minlik evini satdı
Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı
Bu stadionda tribunalardan biri Messinin adını daşıyacaq
"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq
Entoni Qordon "Nyukasl"dan gedir?
Salah A Seriyasına qayıda bilər
Vinisius millinin matçını buraxa bilər
"Marsel" ÇL-ə vəsiqə qazanmasa, klubdan ayrılacaq
Yağışa görə bu oyunlar da təxirə salındı
Şlotterbek "Borussiya"nın ən çox qazanan oyunçusu olacaq
Baş məşqçi VAR-ı sərt tənqid etdi
Azərbaycan millisi Şimali İrlandiyaya da uduzdu
Seneqaldan CAF-a "ulduz"lu cavab