«Xəzər Lənkəran» klubu bu gün «Neftçi» klubuna etiraz məktubu ünvanlayıb. Bu haqda Qol.Az-a «Xəzər Lənkəran»ın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. Onun sözlərinə görə, müraciətə səbəb son vaxtlar «Neftçi»nin iştirakı ilə keçirilən oyunlarda paytaxt klubunun bir qrup azarkeşinin «XL»in futbolçularının və klubun ünvanına təhqiramiz ifadələr səsləndirməsidir.
«Dünən «Qarabağ»a qarşı keçirilmiş oyunda da belə bir olay yaşandı. Mənim onlara azarkeş deməyə dilim gəlmir, bir qrup tərbiyəsiz insan toplusu komandamızın qapıçı Kamran Ağayev və klubumuzun şərəf və ləyaqətini təhqir edən şüarlar səsləndiriblər. Bir daha deyirəm, bütün bu hərəkətlər ən azı tərbiyəsizlikdir».
«Neftçi» klubuna məktubda bu azarkeşlərin kimliyinin araşdırılması xahiş olunub. Sənədin sürəti AFFA-nın prezidenti Rövnəq Abdullayevə də göndərilib.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir