"Liverpul"un futbolçusu Məhəmməd Salah komandadakı gələcəyi haqda danışıb.
Qol.az xəbər verir ki, misirli hücumçu "FourFourTwo" açıqlamasında Mersisayd təmsilçisi ilə gələn ilin yayında başa çatacaq müqaviləsini uzatmaq istədiyini bildirib:
“Yeni müqavilə imzalayacağammı? Bəli, mən belə düşünürəm. Ancaq getməyimi istəsələr, bu, hər şeyi dəyişəcək. Bilmirəm, bir ilim qalıb. Düşünürəm ki, azarkeşlər nə istədiyimi bilirlər. Amma müqavilə təkcə pulla bağlı deyil. Mən narahat deyiləm. Mövsüm hələ bitməyib. Ona görə də bacardığımız qədər onu yaxşı bitirməliyik. Ən vacibi budur. Başqa nə baş verəcəyi məlum deyil”.
Qeyd edək ki, Salah bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 30 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun "Liverpul"dan getmək istədiyi haqda xəbərlər yayılmışdı.
Noyer geri dönür
Kasemiro bu kluba keçir
Dünya çempionatı üçün 400 minlik evini satdı
Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı
Bu stadionda tribunalardan biri Messinin adını daşıyacaq
"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq
Entoni Qordon "Nyukasl"dan gedir?
Salah A Seriyasına qayıda bilər
Vinisius millinin matçını buraxa bilər
"Marsel" ÇL-ə vəsiqə qazanmasa, klubdan ayrılacaq
Yağışa görə bu oyunlar da təxirə salındı
Şlotterbek "Borussiya"nın ən çox qazanan oyunçusu olacaq
Baş məşqçi VAR-ı sərt tənqid etdi
Azərbaycan millisi Şimali İrlandiyaya da uduzdu
Seneqaldan CAF-a "ulduz"lu cavab