"Barselona"nın müdafiəçisi Dani Alveş La Liqanın 33-cü turunda "Real Sosyedad"a qalib gəldikləri oyunu (1:0) şərh edib.
Qol.az xəbər verir ki, braziliyalı müdafiəçi İspaniya mətbuatına açıqlamasında çətinliklə qələbə qazandıqlarını bildirib:
“Birinci hissədə vəziyyətə nəzarət etdik, onlara yaxşı təzyiq göstərdik. Lakin sonra intensivliyi aşağı saldıq və onlar bizə təzyiq göstərməyə başladılar. Belə görüşlərdə qalib gəlmək həmişə çətin olur, amma biz bacardıq".
38 yaşlı futbolçu çempionluq mübarizəsində "Real"a uduzmaları haqda isə bunları qeyd edib: "Onların bəxti gətirdi ki, "Barselona" gec oyandı. Artıq biz titul uğrunda mübarizə apara bilmirik. İndi biz başqa məqsədlər haqqında düşünməliyik”.
Qeyd edək ki, "Barselona" 63 xalla 2-ci pillədə qərarlaşıb. Lider "Real"ın isə 78 xalı var.
Noyer geri dönür
Kasemiro bu kluba keçir
Dünya çempionatı üçün 400 minlik evini satdı
Hökumətə etiraz etdi, millidən uzaqlaşdırıldı
Bu stadionda tribunalardan biri Messinin adını daşıyacaq
"Qızıl top" mükafatı qaydalarında dəyişiklik olunacaq
Entoni Qordon "Nyukasl"dan gedir?
Salah A Seriyasına qayıda bilər
Vinisius millinin matçını buraxa bilər
"Marsel" ÇL-ə vəsiqə qazanmasa, klubdan ayrılacaq
Yağışa görə bu oyunlar da təxirə salındı
Şlotterbek "Borussiya"nın ən çox qazanan oyunçusu olacaq
Baş məşqçi VAR-ı sərt tənqid etdi
Azərbaycan millisi Şimali İrlandiyaya da uduzdu
Seneqaldan CAF-a "ulduz"lu cavab