Benzemadan 16 ildən sonra ilk

Benzemadan 16 ildən sonra ilk
DÜNYA FUTBOLU 21 Aprel 2022 / 10:07 4859
-  A +

"Real"ın hücumçusu Kərim Benzema La Liqanın 33-cü turunda "Osasuna" ilə oyunda (3:1) iki penaltini qola çevirə bilməyib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu son 16 ildə La Liqanın bir oyununda iki penaltidən yararlana bilməyən ilk futbolçu olub. 2006-cı ilin aprelində bu vəziyyətlə "Espanyol"un keçmiş hücumçusu Raul Tamudon  "Betis"lə oyunda (2:0) üzləşmişdi.

Qeyd edək ki, 52-ci dəqiqədə K. Benzemanın penaltidən qol vurmaq imkanı olsa da, onun zərbəsini qapıçı Serxio Herrera dəf edib. 7 dəqiqə sonra Benzema yenidən penaltini yerinə yetirib və bu dəfə də Herrera komandasını xilas edib. 


Son xəbərlər