Messi bu matçda oynamayacaq

Messi bu matçda oynamayacaq
DÜNYA FUTBOLU 19 Aprel 2022 / 16:16 2154
-  A +

PSJ-nin futbolçusu Lionel Messi zədələnib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, argentinalı hücumçu bu səbəbdən Fransa Liqa 1-in 33-cü turunun "Anje" ilə matçı buraxacaq. Messi sol ayaq vətərinin iltihabından müalicə alır. Növbəti 48 saat ərzində 34 yaşlı oyunçu növbəti müayinədən keçəcək.

Qeyd edək ki, sözügedən görüş aprelin 20-də keçiriləcək.


Son xəbərlər