Benzema möhtəşəmliyi

Benzema möhtəşəmliyi
DÜNYA FUTBOLU 18 Aprel 2022 / 14:24 3066
-  A +

“Real”ın hücumçusu Kərim Benzema bu mövsüm yüksək səviyyəli oyunu ilə diqqət çəkir.

Qol.az xəbər verir ki, fransalı futbolçu son olaraq dünən La Liqanın “Sevilya”ya qarşı matçının (3:2) 90+2-ci dəqiqəsində komandasının qələbə qolunu vurub. Bununla da 34 yaşlı oyunçu bu mövsüm rəqib qapılarından keçiridiyi qolları sayını 39-a çatdırıb. Maraqlıdır ki, o, bütün qolları 39 oyunda vurub (orta hesabla hər oyuna 1 qol).

Benzema La Liqada 25, Çempionlar Liqasında 12, İspaniya superkubokunda isə 2 dəfə fərqlənib. Bundan başqa, o, bu turnirlərdə 13 qolun ötürməsini edib.


Son xəbərlər