"Real"da Peres və Ançelotti arasında görüş

"Real"da Peres və Ançelotti arasında görüş
DÜNYA FUTBOLU 17 Aprel 2022 / 13:59 2469
-  A +

"Real"ın prezindeti Florentino Peres və baş məşqçi Karlo Ançelotti arasında görüş olub.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, görüş zamanı Madrid təmsilçisinin transfer planları müzakirə olunub. "Real"ın yayda heyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Lakin klub prezidenti məşqçiyə bunun yalnız futbolçuların satışı yolu ilə mümkün olacağını bildirib. "Real" hesab edir ki, Marselo, Qaret Beyl və İskonun gedişi ilə birlikdə klub 75-100 milyon avro qazanacaq. Bu məbləğə isə yeni oyunçular almaq mümkün olacaq.

Qeyd edək ki, görüş zamanı PSJ-dən Kilian Mbappenin transferi də müzakirə olunub.
 


Son xəbərlər