2012-ci ildən sonra ilk dəfə "Yuventus"un stadionunda

2012-ci ildən sonra ilk dəfə "Yuventus"un stadionunda
DÜNYA FUTBOLU 17 Aprel 2022 / 10:04 3153
-  A +

“Yuventus”un sabiq futbolçusu Alessandro Del Pyero 2012-ci ildən sonra ilk dəfə Turin klubunun ev oyununu stadiondan izləyib.

Qol.az "Sky Sport İtalia"ya istinadən xəbər verir ki, o, komandanın A seriyasının 33-cü turunda “Bolonya” ilə matçına (1:1) canlı baxıb.

Sabiq futbolçu 2012-ci ildə klubdan ayrıldığı zaman azarkeşlər onu ayaq üstə alqışladıqdan sonra "Allianz" stadionunda olmamışdı.

Qeyd edək ki, Del Pyero 289 qolla "Yuventus" tarixinin ən yaxşı bombardiridir.


Qarabağ FK
Son xəbərlər
24.09.26  01:49

"Tottenhem"də itki

topaz banner