"Fənərbaxça"dan qələbə

"Fənərbaxça"dan qələbə
DÜNYA FUTBOLU 17 Aprel 2022 / 00:23 2560
-  A +

"Fənərbaxça" Türkiyə Superliqasında növbəti matçına çıxıb. 

Qol.az xəbər verir ki, İstanbul təmsilçisi 33-cü turda "Göztəpə" ilə qarşılaşıb. Matç "Fənərbaxça"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Hesabı 4-cü dəqiqədə Serdar Eziz açıb. 83-cü dəqiqədə isə Arda Güler penaltini dəqiq yerinə yetirib. 

Qeyd edək ki, "Fənərbaxça" hazırda yarışın turnir cədvəlində 62 xalla 2-cidir. "Göztəpə" isə 27 xalla 19-cü pillədə qərarlaşır. 

 


Son xəbərlər