"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət

"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
DÜNYA FUTBOLU 16 Aprel 2022 / 20:15 1537
-  A +

"Arsenal" İngiltərə Premyer Liqasının 33-cü turunda "Sauthempton"un qonağı olub.

Qol.az xəbər verir ki, matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Sauthempton" - "Arsenal" - 1:0
Qol:
Bednarek, 44

Beləliklə, Mikel Artetanın baş məşqçisi olduğu komanda ölkə çempionatında ardıcıl 3-cü dəfə uduzub.

Bu nəticədən sonra "Arsenal" 54 xalla 6-cı, "Sauthempton" 39 xalla 12-cidir. Siyahıya 74 xalla "Mançester Siti" başçılıq edir.


Son xəbərlər