"Bu, işə yaradı" - Van Qal

"Bu, işə yaradı" - Van Qal
DÜNYA FUTBOLU 12 Aprel 2022 / 13:24 4233
-  A +

Niderland millisinin baş məşqçisi Lui van Qal prostat vəzi xərçənginin müalicəsinin uğurlu keçdiyini deyib.

Qol.az xəbər verir ki, 70 yaşlı mütəxəssis ANP-yə açıqlamasında söyləyib: “Hər şey etdim. 25 seans şüa terapiyası keçmişəm. Sonra 5-6 ay gözləmək lazım gəldi ki, bunun faydasının olub-olmadığını görək. Və bu, işə yaradı".

Xatırladaq ki, Lui van Qal bu yaxınlarda prostat vəzi xərçənginə yoluxduğunu açıqlamışdı.


Son xəbərlər