Çempionlar Liqasından imtina etdilər

Çempionlar Liqasından imtina etdilər
DÜNYA FUTBOLU 12 Aprel 2022 / 10:52 5479
-  A +

Asiya Çempionlar Liqasında Çini təmsil edən "Şanghai Port" turnirdən imtina edib.

Qol.az Asiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, buna klubun təmsil etdiyi şəhərə koronavirus səbəbindən tətbiq olunan karantin səbəb olub.

Beləliklə, "Şanghai Port" koronavirusa görə turnirdə oynaya bilməyəcək 2-ci Çin təmsilçisi olub. Bundan əvvəl  "Çangçun Yatai" eyni səbəbdən bu addımı atmışdı.

Qeyd edək ki, "Şanghai Port" 2017-ci ildə ÇL-də yarıfinala qədər yüksəlib.


Son xəbərlər