"Barselona"dan uğurlu statistika

"Barselona"dan uğurlu statistika
DÜNYA FUTBOLU 11 Aprel 2022 / 10:40 3121
-  A +

"Barselona" məğlubiyyətsizlik seriyasını 15 matça çatdırıb.

Qol.az xəbər verir ki, Kataloniya klubu La Liqanın 31-ci turunda səfərdə "Levante"yə 3:2 hesabı ilə qalib gəlib.

Xavinin komandası bütün yarışlarda ardıcıl 15 oyundur məğlub olmur.

Bu müddətdə komanda 11 qələbə qazanıb və 4 dəfə heç-heçə edib. İspaniya çempionatında qələbə seriyası 7 matçdır.

"Barselona" növbəti oyunu aprelin 14-də keçirəcək. Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Barselona"nın rəqibi "Ayntraxt"dır.


Son xəbərlər