Özildən derbi paylaşımı

Özildən derbi paylaşımı
DÜNYA FUTBOLU 10 Aprel 2022 / 15:55 3193
-  A +

"Fənərbaxça"da əsas komandadan uzaqlaşdırılan Mesut Özil Türkiyə Superliqasında "Qalatasaray"la oyun öncəsi paylaşım edib.

Qol.az xəbər verir ki, bu mövsümün ilk yarısında oynanılan İstanbul derbisində (1:2) komandasının yeganə qolunu vurduqdan sonra qol sevinci yaşadığı şəkli paylaşan 33 yaşlı oyunçu yazıb: "Uğurlar, komanda".

Qeyd edək ki, Özil və digər futbolçu Ozan Tufan baş məşqçi İsmail Kartalla münaqişə səbəbindən martda əsas komandadan uzaqlaşdırılıb.

Əlavə edək ki, bu gün keçiriləcək "Fənərbaxça" - "Qalatasaray" görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.


Son xəbərlər