Ronaldo ilə bağlı araşdırma

Ronaldo ilə bağlı araşdırma
DÜNYA FUTBOLU 10 Aprel 2022 / 14:58 3916
-  A +

Mersisayd polisi "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo ilə bağlı araşdırmalara başlayıb .

Qol.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. Premyer Liqanın 32-ci turunda "Everton"la oyundan (0:1) sonra portuqaliyalı hücumçu azarkeşin telefonunu sındırıb.  Bildirilib ki, hadisə ilə bağlı polis hər iki şəxslə görüşəcək. Baş verənləri "Mançester Yunayted"in özünün də dəyərləndirəcəyi vurğulanıb.

Qeyd edək ki, Ronaldo etdiyi hərəkətə görə üzr istəyib.


Son xəbərlər