"Real" qalib gəldi, "Atletiko" autsayderə uduzdu

"Real" qalib gəldi, "Atletiko" autsayderə uduzdu
DÜNYA FUTBOLU 10 Aprel 2022 / 01:40 5213
-  A +

İspaniya La Liqasında 31-ci turun oyunları keçirilir.

Qol.az əbər verir ki, şənbə günü daha dörd qarşılaşma olub.

Üç qolun qeydə alındığı “Kadis” – “Betis” matçında qonaqlar qələbə qazanıblar. “Vilyarreal” da evdə “Atletik”ə məğlub olub.

Səfərdə autsayder “Malyorka” ilə qarşılaşan Madrid “Atletiko”su turu məğlubiyyətlə başa vurub. Lider “Real” isə “Xetafe”ni 2 cavabsız qolla üstələyib.

 

İspaniya La Liqası

31-ci tur

9 aprel

"Kadis" – "Betis" - 1:2

Qol: Alexo, 58 – Tello, 78. B.İqlesias, 85.

"Malyorka" – "Atletiko" - 1:0

Qol: Muriqi, 68-pen.

"Vilyarreal" – "Atletik" 1:2

Qol: Pedraza, 60 – R.Qarsiya, 43.

"Real" – "Xetafe" -2:0

Qol: Kazemiro, 38. Lukas, 68.

Turnir cədvəlinə 72 xalla "Real" başçılıq edir. "Sevilya" 60 xalla 2-ci, ehtiyatda iki oyunu olan "Barselona" isə 57 xalla 3-cüdür.


Son xəbərlər