Simeonedən “müdafiədə otururlar” deyənlərə cavab

Simeonedən “müdafiədə otururlar” deyənlərə cavab
DÜNYA FUTBOLU 9 Aprel 2022 / 09:30 2137
-  A +

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandası barədə səslənən tənqidlərə münasibət bildirib.

“Mançester Siti” ilə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında (0:1) Madrid komandası oyunu əsasən müdafiədə keçirib.

Qol.az-ın xəbərinə görə, bununla bağlı sualı cavablandıran argentinalı mütəxəssis deyib: “Mən başqaları haqda fikir bildirmirəm. Hər kəsin baxış tərzi var. Hər bir yanaşmaya hörmət etmək lazımdır. İspaniya çempionatı Çempionlar Liqasından fərqlənir. Biz indi tam olaraq “Malyorka” ilə oyuna köklənmişik”.

Qeyd edək ki, “Atletiko” bu gün La Liqanın 31-ci turunda səfərdə “Malyorka” ilə görüşəcək.


Son xəbərlər