«Simurq» klubu futbol akademiyası təsis etməyə tələsmir. Bu barədə Qol.Az saytına komandanın prezidenti Zaur Məmmədov məlumat verib. Bir sıra klubun bu məsələ ilə bağlı planının olduğunu xatırladan Z.Məmmədov əksər rayonların buna hazır olmadığını bildirib: «Bu gün Azərbaycanın hansı rayonu Futbol Akademiyası açmağa hazırdır? Yaxşı «Simurq» və ya digər komandalar Akademiya üçün vəsit ayırıb, bina tikdirdi. Deyin görək, orada hansı uşaqlar dərs prosesi keçəcək? Gərək, bizim 15-20 nəfər uşaq futbolçumuz olsun ki, onlar üçün bu şəraiti yaradaq və onların gələcəyini fikirləşək. Hesab edirəm ki, hazırkı vəziyyətdə Futbol Akademiyası tikməkdənsə, uşaq komandalarına diqqət ayırmaq daha doğrudur. Biz «Simurq»un aşağı yaş qrupuna aid olan komandalarına daha çox diqqət ayırırıq. Daha sonra isə həmin uşaqlardan 15-20 nəfərini seçib akademiyaya cəlb etmək olar. Hazırkı vəziyyətdə isə belə futbolçularımızın olmaması səbəbindən «Simurq»un Akademiya açması məsələsi gecikir. İnşallah 2-3 ilə biz Futbol Akademiyası inşa etdirib, Zaqatala, Qax, Şəki, Balakən və bu zonadakı istedadlı uşaqları ora cəlb edib, dərslər keçəcəyik. Hazırkı vəziyyətdə isə Akademiya açmaq problem deyil, sadəcə futbolçu çatışmamazlığı var».
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu