Artıq bir neçə ildir fəaliyyətini dayandıran “Bakı” klubunun vitse-prezidenti olmuş Yaşar Seyidov Qol.az saytına geniş müsahibə verib. Müsahibənin ikinci hissəsini təqdim edirik.
- Olmazdı ki, dövlət proqramı çərçivəsində elə “Bakı” Futbol Klubuna maliyyə ayrılsın? Yəni, “Bakı”nın infrastrukturu, bazası, xarici əlaqələri var idi. Futbolçular yetişdirilirdi, amma dağıldı...
- Düzünü desəm, AFFA “Bakı” Futbol Akademiyasının dağılmaması, qorunması üçün əlindən gələni etdi. Bu barədə müəyyən danışıqlar olmuşdu. Yəni AFFA akademiyanın fəaliyyəti, stadionların saxlanılması üçün çox böyük işlər görüb. Sonda onların da gücü çatmadı. Mən sırf akademiyanın qorunması üçün Azərbaycan Respublikasıın Milli Məclisinə də, AFFA prezidenti Rövnəq Abdullayevə də müraciət etmişdim. Deputatlar da bu məsələni müzakirəyə qaldırmışdı. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov çox böyük işlər gördü. Bunu danmaq olmaz. Hətta yadınızdadırsa, “Bakı” Futbol Akademiyasının suyu da kəsilmişdi. Bizə deyirdilər ki, bazadan xeyli kənarda olan “Lukoil”dan su çəkin. Bunun üçün də bizə 800 min manat vəsait lazım idi. Mən Rövnəq müəllimə müraciət etdim. Elxan Məmmədov isə məni yanına çağırdı, danışdıq. Sonra o, şəxsən özü oraya gəldi, mühafizəçiləri yanına çağırdı, suyun verilməsini, stadionların suvarılmasını təşkil etdi. “Azərsu”nun rəhbərliyinə müraciət olundu. Bizim həmin 800 min manatlıq xərcimiz heç çıxmadı. Su verildi, “Bakı” Futbol Akademiyasında həyat da başladı. Hətta Elxan Məmmədov “Bakı” üçün müəyyən vəsaitin ayrılmasına da nail olmuşdu.

- Nə qədər vəsait ayrılmışdı?
- Bunu ilk dəfə sizin saytınıza açıqlayıram. 5 milyon manat dəyərində pul ayrılmışdı. Hətta “Bakı”nın Premyer Liqada oynamasına qədər bütün məsələlər həll olunmuşdu. Bu, 2014-cü ildə olmuşdu. Bu dəqiqə “Bakı” klubunun bütün maliyyə hesabatlarının, işlərinin sənədləri mənim əlimdədir. Hər bir şeyi fakt-sübutlu danışıram. Yəni 2014-cü ildə biz onda Premyer Liqanı tərk edib birinci diviziona düşürdük. Bunu heç kim bilmir. Bütün futbolçular, məşqçilərlə olan maliyyə öhdəlikəri də həll olunmuşdu. Lisenziya almışdıq. Biz bunu Avroliqada oynamaq üçün edirdik. Ancaq son anda səbəbini açıqlaya bilməyəcəyim məsələyə görə baş tutmadı. Yəni komandamızın Premyer Liqada oynamağı AFFA-dan asılı olmayan səbəblərə görə alınmadı.
- Maraqlı tərəfi də odur ki, bu məsələ niyə alınmadı. Problemi kim və nə yaratdı?
- Siz məndən iynə ilə söz almaq istəyirsiniz. Jurnalistin işi budur. Ukraynalı jurnalist Qordon kimi müsahibinizdən iynənin ucu ilə söz almaq istəyirsiniz (gülür).
- Çünki bütün səbəblər oxucuya maraqlıdır.
- Amma açıqlaya bilməyəcəyim səbəblər var.
- Bayaq qeyd etdiniz ki, AFFA 5 milyon manat vəsait ayırmışdı. Klubun və akademiyanın illik xərci üçün hansı məbləğ tələb olunurdu?
- Klubun illik xərci 5,5 milyon, akademiyanın illik xərci isə 1 milyon manat idi.
- Bəs, sırf akademiyanı qorumaq olardı?
- Bilirsiniz, bu işlərin hamısı ümumilikdə həyata keçirilirdi. AFFA nəinki akademiyanı saxlamaq, komandanın Premyer Liqada oynamasını təmin etmək istəyirdi. Amma sonda müəyyən səbəblərə görə heç nə əldə edilmədi. AFFA da gördü ki, burada müəyyən narazılıqlar, məsələlər var. Ona görə artıq onlar da nəsə edə bilmədilər.
- “Bakı”nın bir çox yetirməsi – Namik Ələskərov, Mahir Emreli kimi oyunçular artıq tanınmış futbolçu oldu. İndi də onlar Azərbaycan millisində oynayırlar. Ümumiyyətlə, klubun yetirmələri sizinlə əlaqə saxlayırlarmı?
- Hazırda “Neftçi”nin futbolçusu olan yetirməmiz Aqil Məmmədovu çıxmaq şərti ilə heç kim əlaqə saxlamır. Mən ötən dəfə də dedim ki, “Bakı” klubunda yetişən futbolçular adətən simvolik olaraq akademiyaya gəlib, top, forma verirdilər. Bu, keçmişi unutmamaq üçündür. Amma bizdə hazırda bu ənənə yoxdur. Onların bahalı maşınları, villaları ola bilər, Allah canlarını sağ eləsin. Mən bütün futbolçularımızın oyunlarına baxıram. Onların hamısı bizim balalarımızdır. Amma heç olmasa akademiyaya gəlib, ənənə olaraq bir top versinlər. Futbolçular zədə alanda müəyyən dərman preparatları verirdilər. Bizdə bu yoxdur. Ola bilər ki, biz də həmin oyunçuları düzgün yetişdirməmişik.

- Bəlkə “Bakı”nın öz bazası, akademiyası olsa, oraya gedərdilər...
- Bu gün “Bakı”nın hələ dağılmayan 4 ədəd təbii ot örtüklü futbol meydançası qalıb. Hətta birinin altında istilik sistemi də var. Bu gün biz o stadionlardan istifadə edə bilmirik. Çünki bizim oraya qulluq etmək üçün heç bir vəsaitimiz, vasitəmiz yoxdur. İlk növbədə su lazımdır. Bir meydançanın 1 ay müddətində saxlanılması, işığı, suyu üçün 6-7 min manat vəsait xərclənir. Orada da 4 meydança var.
- Bəs, maliyyə vəsaitiniz olsa, siz o stadionlardan istifadə edə bilərsiniz?
- Əlbəttə. Bazanın akademiya, çempionat oyunlarını keçirdiyimiz hissəsi artıq yoxdur, sökülüb. Amma digər hissə qalır. Hətta 2012-ci ildə qadınlar arasında dünya çempionatının oyunları da bu meydançalarda keçirilib. Vəsait olmadığına görə həmin meydançalar pis vəziyyətdədir. Qulluq edilsə, istifadə etmək mümkün olar.
- İndi yerində çoxmərtəbəli binaların tikildiyi “Bakı”nın bazasının ətrafından keçəndə, ora baxanda hansı hissləri keçirirsiniz?
- Bunu sözlə ifadə etmək çox çətindir. Akademiya, futbolçuların paltardəyişmə otaqları – heç nə yoxdur. Sözlə ifadə edə bilməyəcəyim qədər məyus oluram, kövrəlirəm. Çünki biz orada Azərbaycan futbolu üçün vicdanlı şəkildə əlimizdən gələni etmişik. Mən heç vaxt Hafiz Məmmədovun puluna, komandasına xəyanət etməmişəm. Alnım açıq, üzüağ şəkildə danışıram. Mən Hafiz Məmmədovun özünə də demişəm ki, ona da, “Bakı” klubuna da vicdanlı şəkildə xidmət etmişəm. Həmin adam da futbol üçün əlindən gələni edirdi. Biz milli komandamıza, digər klublarımıza kifayət qədər səviyyəli oyunçular vermişik. Gördüyümüz işlərin nəticəsi olub. Ötən dəfə A millimizdə “Bakı”nın 6 yetirməsi var idi. Futbola vicdanla xidmət etdiyim üçün “Bakı”nın bazasının yanından qəhərlənmədən keçməyim, çalışdığım günləri xatırlamamağım mümkün deyil. Amma təədsüf ki, biz artıq “Bakı”nın dağılmasının reallığı ilə barışırıq.
Ramiq Ağaməmmədov
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı