Azərbaycan millisi Qazaxıstana qarşı

Azərbaycan millisi Qazaxıstana qarşı
ÖLKƏ FUTBOLU 27 Oktyabr 2025 / 09:45 286
-  A +

Qazaxıstanda təlim-məşq toplanışında olan qadın Azərbaycan millisi bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək.

QOL.az xəbər verir ki, A milli Qazaxıstan yığması ilə qarşılaşacaq. Çimkənd şəhər stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 13:00-da başlanacaq. Matçı Özbəkistandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında oktyabrın 24-də keçirilən ilk oyunda millimiz 2:1 hesablı qələbə qazanıb.

27 oktyabr

13:00. Qazaxıstan (Qadınlar) - Azərbaycan (Qadınlar)

Hakimlər: Roziyabonu Yusupova, Kristina Sereda, Xayriniso Erkiniva, Gulşoda Saidkulova (Özbəkistan)

Çimkənd şəhər stadionu

Daha çox


Son xəbərlər