"Bavariya"ya texniki məğlubiyyət verilə bilər.
Qol.az xəbər verir ki, "Frayburq" rəsmi saytı vasitəsi ilə Almaniya Bundesliqasının 28-ci turunda Münhen təmsilçisi ilə matçda baş verənlərə görə apellyasiya şikayəti verib.
"Bavariya" sözügedən görüşdə 10-15 saniyə 12 futbolçu ilə oynayıb.
84-cü və 85-ci dəqiqələrdə “Bavariya”nın baş məşqçisi Yulian Naqelsmann iki dəyişiklik edib. Marsel Sabitzer Kinqsli Komanı, Niklas Zyule Korentin Tolissonu əvəzləyib. Ancaq Koman meydanı tərk etməyib. Buna görə də “Bavariya” meydanda 12 oyunçu ilə oynayıb. Baş hakim Kristian Dinqert bunu dərhal hiss etməyib. "Bavariya"nın təxminən 15 saniyə say üstünlüyü ilə oynayıb, bundan sonra matç dayandırılıb. Hakimlər vəziyyəti uzun müddət müzakirə etdikdən sonra oyunu davam etdirmək qərarına gəliblər. Bu qarışıqlığa səbəb ehtiyat hakimin elektron tabloda Komanın 11 nömrəsini yox, 29 nömrəni göstərməsi səbəb olub.
"Frayburq"un rəhbərliyi baş verənlərin qanuniliyini qiymətləndirmək üçün apellyasiya şikayəti vermək qərarına gəlib" - deyə klubun açıqlamasında bildirilir.
Qeyd edək ki, "Bavariya" sözügedən görüşdə 4:1 hesabı ilə qalib gəlib.
Pelleqrini sıradan çıxdı
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır