«Neftçi»nin kapitanı Rail Məlikovun Qol.Az saytına müsahibəsi
- Türkiyə ilə oyunda zədələndikdən sonra uzun müddətdir ki, futboldan uzaqsan. Hazırda zədənlə bağlı vəziyyət nə yerdədir?
- Şükür, indi vəziyyət yaxşıdır, komanda ilə məşqlərə başlamışam. Ümid edirəm ki, bir-iki həftədən sonra komandama kömək edə biləcəyəm.
- Növbəti turda “Neftçi” “Qarabağ”la qarşılaşacaq. Son turlarda Ağdam təmsilçisi ardıcıl xal itkiləri ilə üzləşir və bu mənada “Neftçi” ilə qarşılaşma onlar üçün dönüş nöqtəsidir. Səncə, komandanızı necə bir oyun gözləyir?
- Düzdür, “Qarabağ” son oyunlarda nisbətən zəif çıxış edir, ancaq unutmayaq ki, Azərbaycanın ən güclü komandalarından biridir. Onlar meydana yalnız qalib gəlmək üçün çıxacaqlar. Qələbə “Qarabağ”a önəmli olduğu kimi, bizim üçün də vacibdir. “Xəzər Lənkəran”dan bir xal irəlidəyik. Liderliyi əldən verməmək üçün biz də ancaq üç xal qazanmaq üçün mübarizə aparacağıq.
- Flavinyonun zədələnməsindən sonra “Neftçi”nin qol vurmaq mənada problem yaşandığı nəzərə çarpır. Son turda “Qəbələ” ilə qarşılaşma qolsuz başa çatdı. Flavinyonun yoxluğunun komandaya nə dərəcədə təsir etdiyini düşünürsən?
- Təkcə Flavinyo yox, komandanın hər bir futbolçusu önəmlidir və bir nəfərin yoxluğu da mənfi təsirini göstərir. Düzdür, onun yoxluğunda sol cinah əvvəlki oyunlara nisbətən zəif təsir bağışladı. Qaldı ki son turda qol vura bilməmək məsələsinə, özünüz də gördünüz ki, “Qəbələ” bir xal üçün gəlmişdi və sırf müdafiə futbolu oynadı. Əsasən də, ikinci hissə komandamız hücumda daha yaxşı təsir bağışladı. “Qəbələ”nin futbolçuları isə ancaq müdafiə olunurdular və topu hara gəldi vurub uzaqlaşdırırdılar. Nəticədə istədiklərinə nail oldular.
- Yeri gəlmişkən, son zamanlar Flavinyo, daha sonra isə “Simurq”un kapitanı Rasim Ramaldanovun ayağı sındırıldı. Belə söz-söhbətlər gəzir ki, futbolçulara qəsdən zərbə endirilir. Sənin bu məsələyə münasibətin necədir?
- Dəqiq demək olmur ki, qəsdən edilib, ya yox. Ancaq mən də bu söz-söhbətlər barədə eşitmişəm. Hər halda od olmayan yerdən tüstü çıxmaz. Təbii ki, bu, çox mənfi haldır. Futbol elə bir oyundur ki, burada zədənin olmaması mümkün deyil. Ancaq qəsdən rəqibə zərər yetirməyi çox pis qiymətləndirirəm. Futbolçu futbolçunun ayağını bilərək sındırırsa, bu nəinki idmançıya yaraşan hərəkət deyil, heç insanlığa da sığmır. Buna çox pis baxılır. Ümumiyyətlə, kobud mübarizəyə çox üstünlük vermək düzgün deyil.
- Azərbaycan yığma komandası 2010-cu ildə son oyununu Çernoqoriya ilə keçirdi. Bu qarşılaşmada zədə ucbatından çıxış edə bilməməyin komandaya mənfi təsir etdimi? Ümumilikdə, millimizin güclü rəqiblə qarşılaşmada sərgilədiyi oyunu necə qiymətləndirirsən?
- Mənim yoxluğumun komandaya təsir edib- etmədiyi barədə danışmağım düzgün olmazdı. Məncə, bu barədə azarkeşlər daha düzgün qərar verərlər. Qarşılaşma haqqında isə onu deyə bilərəm ki, komandamız yaxşı oynadı. Əsasən də, birinci hissədə rəqibdən daha üstün idik. Ancaq ikinci hissədə buraxdığımız qollarla məğlub olduq. Bu məğlubiyyət məni çox üzdü, çünki millimiz ən azı heç-heçəyə layiq bir oyun oynadı.
- Sənin yoxluğunda “Neftçi”də kapitanlıq Ruslan Abışova tapşırılıb. Səncə, o, bu vəzifənin öhdəsindən nə dərəcədə gəlir?
- Ruslan bizim gənc qardaşımızdır. Mənim fikrimcə, kapitanlığı yüksək səviyyədə yerinə yetirir. Çünki kapitan yalnız meydanda yox, hər yerdə - bazada, komanda daxilində hər hərəkəti ilə örnək olmalı və kapitanlığını hiss etdirməlidir. Ruslan hazırda istər oyun səviyyəsi, istərsə də insanlığı ilə ən yüksək yerdədir. Buna görə də, düşünürəm ki, o, kapitanlıq vəzifəsinin öhdəsindən layiqincə gəlir.
Amma qeyd edim ki, «Neftçi»də mənim yoxluğumda kapitanlığı Elmar Baxşiyev yerinə yetirməliydi. Sadəcə, oynamadığından kapitanlığı Ruslan icra edir.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi