«Qarabağ»ın direktoru Əmrah Çəlikəl komandanın son durumu və klub rəhbərliyinin, onun sponsoru olan «Azərsun» şirkətinin ünvanına yönələn tənqidlərlə bağlı Qol.Az saytının suallarını cavablandırıb
- İlk öncə bilmək istərdik, son uğursuzluqlardan sonra «Qarabağ» durum necədir?
- İnhallaş, hər yaxşı olacaq. Əlbəttə, biz problemlərdən çıxış yolunu qələbə qazanmaqla aradan qaldırmalıyıq. Bunu bacaracağımıza da əminəm. Ona görə də bu həftə «Neftçi»yə qarşı keçiriləcək oyuna ən yüksək səviyyədə hazırlaşırıq.
- Futbolçuların psixoloji durumu nə yerdədir?
- Əlbəttə ki, hələlik müəyyən gəiginlik var.
- Bəs, bu, lider «Neftçi» üzərində qələbə qazanmağınıza mane olmayacaq?
- Bizə mütləq qələbə lazımdır. Bu halda futbolçularımız mənən rahatlaşacaqlar.
- Hər halda, komandanızın indiki durumu «Neftçi»ni məğlub etməyə imkan verirmi?
- Məncə, hə.
- İndi gələk əsas məsələyə. Son vaxtlar mediada və müəyyən futbol dairələrində «Qarabağ»ın uğursuzluqlarının başlıca səbəbkarı kimi məhz klubun rəhbərliyi göstərilir.
- Bunun səbəbini mən özüm də anlamıram. «Azərsun» şirkəti «Qarabağ»a ən yüksək səviyyədə sponsorluq edib və bu, az qala, son 10 ili əhatə edir. Bunun nəticəsidir ki, son iki ildə komandamız Avropada uğurlu nəticələr əldə edir. Bir daha deyirəm, mən klub rəhbərliyinin ünvanına yönələn tənqidləri başa düşmürəm.
- Konkret belə bir iddia irəli sürülür ki, klub rəhbərliyi komandaya lazımi transferlər həyata keçirmək üçün tələb olunan maliyyə vəsaitini ayırmır.
- «Qarabağ»a bu günə qədər özünə lazım olan bütün transferləri həyata keçirmişik. Maliyyə sıxıntımız olmayıb. Sadəcə, biz bütün işlərimizi, o cümlədən transfer məsələlərimizi qurduğumuz işlərə uyğun həyata keçiririk. «Qarabağ» klubunun başlıca hədəfi yerli futbolçular yetişdirməkdir. Bununla bağlı aparılan siyasət öz bəhrəsini verir. Legionerlərə gəlincə, biz ən azı öz ölkəsinin milli komandasında çıxış edən futbolçuları «Qarabağ»a cəlb edirik. Bildiyiniz kimi, albaniyalılar Ansi Aqoli, Admir Teli, latviyalı Andrey Rubins öz ölkəsinin millilərinin şərəfini qoruyur. Gürcüstanlı Georgi Adamiya milli komandada oynamasa da, onun bir futbolçu kimi ustalıq səviyyəsi göz qabağındadır.
Amma bir daha təkrar edirəm, «Qarabağ» heyətində daha çox yerli və gənc futbolçuların oynamasında maraqlıdır. Biz komandamıza hətta dünya səviyyəsində tanınan futbolçu da gətirmişik. Amma onun maddi tərəflərini şişirtmək istəməmişik.
- Belə çıxır ki, baş məşqçinizin istədiyi bütün futbolçular komandaya transfer olunub?
- Əlbəttə. Olunmalıdır da.
- AZAL-a məğlubiyyətdən sonra azarkeşlərinizin bir qrupu «Qarabağ» rəhbərliyini istefaya səslədilər. Bu haqda fikirləriniz necədir?
- Bu şüarı «İmarət» fan-klubunun üzvləri səsləndiriblər. Şəxsən mən bir müddət əvvəl «Qarabağ»ın oyunlarıyla bağlı yeni yaranan bu klubun üzvləri ilə görüş keçirmişəm. Onlara klub tərəfdən nə kömək lazımdırsa, ediləcəyini söyləmişəm. Aramızda normal münasibətlərimiz olub. Onlar iradlarını, təkliflərini bizə söyləyə biləcək qədər yaxındırlar. Əgər bir etirazları varsa, buyursunlar, bizim bazaya, təkliflərini irəli sürsünlər. Onları məmnuniyyətlə dinləməyə hazırıq. Biz azarkeşlərimizi həmişə dinləmişik, bundan sonra da dinləməyə hazırıq.
- Konkret sizin özünüzlə bağlı başqa bir narazılıq yaranıb. «İmarət» fan-klubunun üzvləri iddia edir ki, siz Ağdam rayonunun əhaləsinə səmimi münasibət bəsləmirsiniz.
- Bu heç vaxt ola bilməz. Məni tanıyanlar Ağdama və ağdamlılara münasibətimin necə olduğu yaxşı bilir. Mən Ağdamı doğma vətənim kimi qəbul edirəm, özümü mənəvi ağdamlı sayıram. Və bunu hər yerdə, hər zaman fərxrə söyləmişəm. Mənim ağdamlıların Qarabağ döyüşlərində ermənilərə qarşı göstərdiyi qəhrəmanlıqdan xəbərim var. Ağdamlılar fədəkar insanlardılar. Buna görə də, bir daha təkrar edirəm, mən böyük fəxrlə özümü Ağdamın bir sakini hesab edirəm.
- Klubunuzun vitse-prezidenti Tahir Gözəlin son uğursuzluqlara münasibəti necədir?
- O da hamımızın qədər üzgündür. O, bu uğursuzluqlara bizdən çox üzülür, amma eyni zamanda komandamıza bizdən də çox inanır.
- Qış fasiləsində yeni transferlər gerçələşdirəcəksinizmi?
- Əgər məşqçi həyəti buna ehtiyac duysa, biz transferlərə hazırıq. Amma bir məsələ var ki, futbolçuların çoxunun klubları ilə müqaviləsi mövsümün sonunda başa çatır. Buna baxmayaraq, məşqçilərimizin istədiyi futbolçunu komandamıza cəlb edəcəyik.
- «Qarabağ» dekabrda keçiriləcək millinin təlim-məşq toplanışlarına futbolçularını buraxamaq xahişi ilə AFFA-ya gözlənilən müraciət edib?
- Hələlik toplanışa dəvət olunan futbolçuların adlarının açıqlanmasını gözləyirik. Yalnız bundan sonra müraciət etməyi nəzərdə tuturuq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi