Veteran futbolçu, milli komandamızın sabiq üzvü Kamal Quliyevin Qol.az saytına müsahibəsi
- Millimizin Maltaya uduzduğu yoldaşlıq oyunu (0:1) barədə fikirlərinizi bilmək istərdik.
- Meydanda nəsə görə bilərik, bəs nəticə? Bu gün dünyanın hər yerində, Avropanın nəhəng klublarında nəticəyə oynayırlar. Yəni elə oyunlar olur ki, orada keyfiyyət, kombinasiya axtarmırsan, sırf nəticəyə oynayırsan. Lazım gəlsə, vaxtı uzatmalısan ki, nəticə qazanasan. Bizim komandamızın bu nəticəyə çox böyük ehtiyacı var, anlamaq lazımdır. Qələbə ruhuna böyük ehtiyacımız var. Bunların hamısı şərtdir. Bu gün yoldaşlıq oyunları keçirdiyimiz rəqiblərə baxın. Cırtdan dövlətlərin milliləridir. Hamı inkişaf etdi, hətta o cırtdan dövlətlərin komandaları da irəli getdi, amma biz yerimizdə sayırıq. Hamısı gəldi bizi keçdi.
- Nəticənin vacib olduğunu deyirsiniz. Bunu necə əldə etmək olar?
- Onu artıq baş məşqçidən soruşun. Nəticə qazanmağın yolları var. Bunu baş məşqçi özü komandaya aşımalıdır. Komandanı o hazırlamalıdır. Bu gün əlimizdə olan materialımız da budur.
- Demək istəyirsiniz ki, bu futbolçularda artığını bacarmaq olmaz?
- Olar, niyə olmur? Bəlkə də qıraqda qalan futbolçular oldu. Amma onu da demək lazımdır ki, bizdə hazırda futbolçu qıtlığı var. Bunu da unutmayaq.
- Dmitri Nazarov, Eddi İsrafilov kimi milliləşdirilmiş futbolçular uzun fasilədən sonra yenidən yığmaya çağırıldılar və Malta ilə görüşdə çox istəksiz göründülər. Belə futbolçuların yığmaya cəlb olunmasına münasibətiniz necədir?
- Tarixən bizim oynadığımız dövrdə də Eddi kimilər gəldilər və ancaq şəraitlərini düzəltdilər, pul alıb getdilər. Yenə də əziyyət çəkən, iclaslarda danlanan, söyülən biz yerlilər olduq. Ümumiyyətlə, millidə oynamaq üçün pul almaq faciədir. Necə ola bilər ki, AFFA-nın qarşısına şərt qoyasan ki, mənə pul ver gəlim millidə oynayım. Bu, həqiqətən faciədir.
- Millidə oynamaq üçün pul istəyən futbolçunu yığmaya gətirmək də faciədir. Razısınız?
- Elə söhbət ondan gedir. Futbolçunu milliyə gətirənlər də xeyir götürürlər. Yəni pul elə-belə verilmir ona. Camaat çörəyi qulağına yemir. Onlar pul qazanırlar. Nə danışasan, qardaş? Adamın futboldan danışmağı gəlmir. Bir-ikisini çıxmaq şərtilə klublarımız yaman gündə, millimiz yaman gündə… Nə bilim…
- Ən pisi də odur ki, əcnəbi baş məşqçi, əcnəbi oyunçular gətirilsə də, nəticə yenə yoxdur. Bunu özümüzünkülər də edə bilərdi.
- Bizim o qədər istedadlı futbolçularımız var. Bunlar 0:5 uduzurlarsa, qoy onlar 0:10 uduzsunlar, eybi yox. İdmançı uduza-uduza inkişaf edir. AFFA digər Avropa ölkələrinin federasiyaları ilə danışıqlar aparmalıdır. İstedadlı futbolçularımız göndərilməlidir başqa ölkələrə ki, bir neçə ildən sonra oyunçumuz olsun.
- Bu gedişlə yığmamızdan Millətlər Liqasında nəsə gözləmək olar?
- Mən sizdən bir xahiş edirəm, futboldan danışmayaq. Başqa nədən deyirsinizsə danışaq (gülür).
- Neyləmək olar? Bizim də işimiz budur, sizin də.
- Bəli, nə qədər desək də futbol bizim həyatımızdır. Futbolsuz qala bilmərik. Bilmirəm, bundan sonra millimizdə nəyəsə ümid etmək çətin məsələdir.
Ramiq Ağaməmmədov
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"