Rusiya Premyer Liqasının 29-cu turunun səfərdə «Anji»yə qarşı keçirilən oyununda «Saturn» klubu 2:1 hesabı ilə qalib gəlib. Qol.Az-ın məlumatına görə, bu oyunda «Saturn»un 18 yaşlı azərbaycanlı yarımmüdafiəçisi Emin Mahmudov komandasının birinci qoluna imza atıb. Bu, həm də Eminin Rusiya Premyer Liqasındakı ilk qolu olub.
Qeyd edək ki, bu qələbə sayəsində «Saturn» təhlükəli zonadan uzaqlaşıb və Premyer Liqadakı yerini qoruyub.
Klubun rəsmi saytına müsahibəsində Emin həm oyun, həm də vurduğu qol haqda danışıb.
- Meydanın durumu yaxşı vəziyyətdə deyildi. Yerli azarkeşlər komandalarını qol vurmaq üçün irəliyə səsləyirdilər. Amma biz ən başlıca istəyimizə nail ola bildik. Rəqibin təzyiqlərinə tab gətirib istəyimizə çatdıq.
- Premyer Liqada vurduğunuz ilk qol barədə də danışmağınızı istərdik.
- Bu epizodda İvanov yaxşı ötürmə verdi. Mənə yalnız topa ayağımla toxunmaq qalırdı.
- Digər rəqiblərinizin paralal keçirilən oyunları haqda xəbər tuta bilirdiniz?
- Biz öz işimizi görməyə çalışırdıq. Ona görə də digər qarşılaşmalarda baş verənlər bizi maraqlandırmırdı. Başa düşürdük ki, qələbə qazanmaq bizim özümüzdən asılıdır.
- İndi axır ki, rahat nəfəs almaq olar?
- Qətiyyən. Son oyunumuzu doğma azarkeşlərimiz önündə keçirəcəyik. Onların gözü qarşısında mövsümü başa vurmaq istəyirik.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir