«Təkcə «Muğan»la deyil, bir sıra digər oyunlarda da rəqib komandalar bizim futbolçulara qarşı çox kobud oyun nümayiş etdiriblər». Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində «Neftçi» klubunun vitse-prezidenti Tahir Süleymanov deyib.
«Biz klub olaraq bəyanat da yaymışıq ki, bizim aparıcı futbolçularımıza qarşı kobud oynayırlar. «Muğan»la oyunda Flavinyonun ayağı sındırılıb. Əksər matçlarda biz təkcə braziliyalıya deyil, elə Bahadır Nəsimova, digər aparıcı futbolçularımıza qarşı kobud oyunun şahidi olmuşuq. «Neftçi»yə gücü çatmayanlar onun qarşısını kəsmək üçün belə antifutbol üsullarına əl atırlar. Bu, təəssüf doğurmaya bilməz. Flavinyonun fərdi ustalıq səviyyəsi o qədər yüksək idi ki, onu bu cür üsulla dayandırdılar. Flavinyonun ayağının sındırılması təkcə «Neftçi»yə deyil, bütövlükdə bizim çempionatımıza zərbədir» - deyə T.Süleymanov vurğulayıb.
«Futbolçularınıza qarşı kobud oyun məqsədli şəkildə həyata keçirilə bilərmi» sualına klub rəsmisinin cavabı belə olub: «Dəfələrlə rəqib komandaların texniki zonasından istər məşqçilər, istərsə də klub nümayəndələri Flavinyo, Bahadır Nəsimovla mübarizə aparan futbolçularına açıq şəkildə «vurun», «sındırın» ifadələri işlədiblər. Biz bunu Bakıda keçirilən «Neftçi» - «Muğan» oyunu zamanı da görmüşdük. Bundan sonra biz məsələylə bağlı PFL-ə müraciət etdik. Mən iddia etmirəm ki, hansısa komanda bizim futbolçularımıza kobud oynamağa qarşısına xüsusi məqsəd qoysun. Amma göründüyü kimi, komandalar arasında səviyyə fərqi var və bizim rəqiblər belə metodlardan istifadə etməklə futbolçularımızı dayandırmaq istəyirlər».
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir