AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov «Neftçi» klubunun dünən yaydığı etiraz bəyanatı ilə bağlı açıqlama verib.
Qeyd edək ki, «Muğan»la oyunda braziliyalı futbolçusu Flavinyonun ayağı qırılan «Neftçi» klubunun bəyanatında bildirilir ki, Premyer Liqanın görüşlərində bəzi klubların futbolçuları "Neftçi"nin üzvlərinə qarşı qaydalar çərçivəsindən kənar sərt və kobud oynayırlar: «FİFA-nın hakimlərə tövsiyəsi budur ki, texnikalı futbolçulara qarşı kobudluğun qarşısı dərhal alınmalıdır. Oyunu idarə edən hakimlər də bəzən belə hallara göz yumurlar. Bunun nəticəsidir ki, futbolçularımız zədələnərək, bir müddət yaşıl meydanlardan kənar qalırlar».
Qol.Az-ın müxbiri ilə söhbətində bu bəyanatı normal qarşıladığını deyən X.Məmmədov istənilən klubun öz səviyyəli futbolçularını qorumağa çalışdığını söyləyib: «FİFA-nın 2010-cu illə bağlı şüarı da futbolçuların sağlamlığının qorunması ilə bağlıdır. Biz hakimlərə hər dəfə tövsiyə edirik ki, arxadan rəqibə qarşı zərbələrin qarşısını qətiyyətlə alsınlar, belə hallar baş verərsə, sərt qərar çıxarsınlar. Flavinyonun epizodunda isə «Muğan»ın futbolçusu sadəcə olaraq, top uğrunda mübarizədə uğursuz gediş edib. O, topa yox, ayağa oynayıb. Bunu qəsdən rəqibə xəsarət kimi qiymətləndirmək olmaz. Futbolçu kobud oynayıb».
X.Məmmədov həmin matçda baş verən digər mübahisəli epizod - «Neftçi»nin qapısına penalti təyin olunmaması ilə bağlı «Muğan» klubunun etirazlarına da münasibət bildirib: «Həmin qarşılaşmada iki penalti epizodu var idi. «Muğan»ın qapısına təyin olunan penalti epizodunda Salyan klubunun müdafiəçisi topu bilərəkdən əllə saxlayır və hakim tamamilə haqlı olaraq penalti təyin edir. «Muğan» klubu iddia edir ki, buna bənzər vəziyyətdə «Neftçi»nin də qapısına penalti verilməliydi. Amma hər iki vəziyyəti eyni cür dəyərləndirmək olmaz. FİFA-nın belə mübahisəli məsələlərlə bağlı təlimatı var. Həmin epizodda «Neftçi»nin müdafiəçisinin topa əllə oynamaq fikri olmayıb. Bundan başqa, futbolçular arasında məsafə çox qısa olub. «Muğan»ın hücumçusu topu bilərəkdən müdafiəçinin əlinə vurur. FİFA-nın qaydalarında da deyilir ki, əl ilə oyun futbolçunun topa əli ilə yaxud bilərəkdən toxunmasıdır. Bu epizodda isə, dediyim kimi, «Neftçi»nin müdafiəçisi topa əllə toxunmayıb, top onun əlinə dəyib. FİFA-nın təlimatına əsasən, bu vəziyyətdə penalti təyin edilə bilməz. Bu mənada, hakim Anar Salmanovun qərarı haqlıdır. Sadəcə, həmin epizodda Anar ona etiraz edən «Muğan»ın futbolçusuna sarı vərəqə göstərməliydi».
X.Məmmədov hakimlər tərəfindən «Neftçi»yə dəstək verilməsilə bağlı iddialara da toxunub: «Hansı oyunda «Neftçi»yə kömək olunub? Hələ mövsümün əvvəlindən bəzi klubların, məsələn, «Turan»ın «Neftçi»yə bilərəkdən xal verəcəyi haqda fikirlər səsləndirilirdi. Amma «Turan» nadir komandalardandır ki, paytaxt təmsilçisiylə oyunda xal qazandı. Heç bir hakim «Neftçi»yə kömək etmir və edə də bilməz. Məncə, «Neftçi»nin bugünkü oyunu göstərir ki, bu komandanın hakim köməyinə ehtiyacı yoxdur. «Neftçi» bu gün öz oyunu ilə çempionluğa iddialı 2-3 komandadan biri olduğunu göstərib».
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi