«Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytına müsahibəsi
- Bu həftənin şənbə günü Unibank Premyer Liqasında «Bakı»yla qarşılaşacaqsınız. Bu oyuna hazırlıq necə gedir?
- Hazırlıq bir o qədər də yaxşı getmir. Çünki istədiyimiz futbolçuların hamısıyla birgə məşq edə bilmirik. Futbolçularımızın bəziləri zədəli, bir hissəsi isə millinin düşərgəsindədir. Amma əlimizdən gələni edirik ki, komandanı qarşıdakı oyuna tam hazırlaya bilək.
- Zədəli futbolçularınızın durumu nə yerdədir?
- Bir o qədər də yaxşı deyil. Emin İmaməliyev iki-üç günə fərdi qaydada məşqlərə başlayacaq. Maksim Medvedyev hələ dünən həkimlərin nəzarəti altında hazırlığa başlayıb. Samir Abbasov daha çox trenajorda məşq edir. Andrey Rubinsin tam bərpa olub heyətimizə qayıtması isə hələ bir az uzun çəkəcək. Onun əzələsi hələ birləşməyib. Əfran İsmayılov isə yalnız gələn ilin yanvarında oynaya biləcək.
- Futbolçularınızın yarısı zədəli, yarısı da millinin düşərgəsindədir. Bütün bunlar «Bakı»yla oyunun nəticəsinə təsir göstərə bilərmi?
- Biz bunu istəməzdik. Amma futbolçuların ayrı-ayrılıqda məşq etməsinin bizə problem yaratması mümkündür.
- Millidəki futbolçularınız «Qarabağ»ın düşərgəsinə nə vaxt qayıdacaq?
- Sabah səhər onlar bizimlə birgə məşq edəcəklər.
- Sərəncamınızda çox az futbolçunun olması «Bakı»yla oyunda sizin taktiki gedişatınıza nə dərəcədə təsir göstərə bilər?
- Məncə, böyük problem olacaq.
- Amma nəzərə alaq ki, rəqibiniz bu mövsümü elə də yaxşı keçirməyib. Komandada psixoloji durum yaxşı səviyyədə deyil.
- «Bakı» nə qədər uğursuz çıxış etsə də, güclü heyətə malikdir, yaxşı futbolçulardan qurulmuş bir komandadır. Düşünürəm ki, son turda «Gəncə» üzərindəki qələbədən sonra futbolçuların əhval-ruhiyyəsi yüksəlib. Mən başa düşürəm ki, növbəti turda onlara da qələbə lazımdır. Onların bir üstünlüyü ondadır ki, bizdən fərqli olaraq, komandanın demək olar, bütün üzvləri bir yerdədir. Yalnız Cəmşid Məhərrəmov millinin təlim-məşq toplanışına qatılıb, Vaqif Cavadov isə zədəlidir. Amma bizdə əsas heyətin beş futbolçusu millinin düşərgəsindədir, zədəli futbolçularımız da çoxdur. Bütün bunlar isə, təkrar edirəm, bizə problem yarada bilər.
- Demək istəyirsiniz ki, rəqibiniz bu gün hazırlıq baxımından sizdən üstündür?
- Çox üstündür.
- Ötən mövsüm və avroliqa oyunlarında əsas heyətdə tez-tez şans verdiyiniz Aslan Kərimov və Namiq Yusifovun axır oyunlarda meydanda az-az görünməsinin səbəbi nədir?
- Onlara da şans verilib. İmkanlarından istifadə etmişik. Biz hər oyuna düzgün hazırlaşırıq. Bəzən olur ki, bir heyət daha yaxşı çıxış edir və məşqçi dəyişikliyə əl atmır. Amma adlarını çəkdiyiniz futbolçuların da oynamaq imkanı var. Biz Aslanla Namiqə güvənirik.
- Hazırkı heyət sizi qane edir?
- Əslində bu heyət də tez-tez dəyişilir. Devran Ayhan son oyunlarda yaxşı təsir bağışlasa da, «Xəzər Lənkəran» və MOİK-lə matçlarda səhvləri oldu. Biz digər futbolçularımızın da potensiallarından istifadə edirik.
- «Xəzər Lənkəran»la oyundan sonra Vüqar Nadirovdan narazılıq etdiyini bildirmişdiniz. Vüqar bu xəbərdarlıqdan nəticə çıxarıb?
- Mən məşqçi karyeramda indiyədək heç bir futbolçuya Vüqar Nadirov qədər güvənməmişəm. O, «Qarabağ»a qayıdandan sonra daim əsas heyətdə oynayırdı. Əgər ona inanmasaydım, əsas heyətdə meydana buraxmazdım. Bu xəbərdarlıqdan sonra Vüqar öz üzərində daha ciddi çalışmağa başlayıb. Hətta özü fərdi qaydada da məşq edirdi. Görünür, xəbərdarlıqdan nəticə çıxarıb. Vüqar hazırda millinin təlim-məşq toplanışındadır. Heyətimizə qayıtdıqdan sonra onun durumuna baxacağam, söhbət edəcəyəm. Ola bilər ki, «Bakı»yla qarşıdakı oyunda Vüqara əsas heyətdə yer verim».
Mən Vüqar Nadirovun sürətindən, güclü zərbələrindən həmişə istifadə etməyə çalışmışam. Amma Rauf Əliyev daha yaxşı formada olduğundan, daha yaxşı inkişaf etdiyindən əsas heyətdə bu futbolçuya şans verirəm. Vüqar Nadirov isə nə vaxt oyunlara hazır olubsa, o zaman da meydana buraxmışam. «Borussiya», «Visla» ilə matçlarda Vüqar start heyətində yer almışdı. Son vaxtlar isə o, mənim istədiyim formada deyildi.
- Bir müddət əvvəl heyətdə ciddi dəyişiklər edəcəyinizi demişdiniz. İndi fikriniz dəyişməyib ki?
- Yox, fikrimdə qalıram. Dəyişiklikləri istisna etmirəm. Sabit heyət qurmağa çalışıram.
- Qış fasiləsi yaxınlaşmaqdadır. Narazı qaldığınız və göndərəcəyiniz futbolçuların siyahısını hazırlamısınız?
- Yox.
- Narazı qaldığınız futbolçuların sayı nə qədərdir?
- Bir nəfər də ola bilər, üç nəfər də, beş nəfər də. Hələ çox şey qarşıdakı oyunlardan sonra bilinəcək.
- «Bakı», «Azal», «Neftçi» və «İnter»lə dalbadal dörd ağır oyununuz olacaq. Millinin düşərgəsindən qayıdan futbolçularınız bu çətin matçlara lazımınca hazırlaşa biləcəklər?
- Biz buna çalışacağıq. Əvvəlcədən bir söz deyə bilmərəm. Qarşıdakı oyunlara başqa bir sistemlə hazırlaşacağıq. Onlar millinin düşərgəsindədir, tam fərqli məşq keçirlər.
- Hazırkı turnir cədvəlinə baxanda hansı komandanın altılıqda yerini artıq indidən təmin etdiyini söyləmək olar?
- Məncə, ilk dördlükdə qərarlaşan komandaların hamısı altılıqda mübarizə aparacaqlar.
- Qış fasiləsi yaxınlaşır. Tranfer çalışmalarına başlamısınız?
- Hələ ki, fikrimizi yalnız çempionatın qarşıdakı oyunlarına yönəltmişik.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi