Xəbər verdiyimiz kimi, "Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabe Verde millisi Afrika Millətlər Kubokunda 1/8 final oyununa çıxıb.
Seneqalla matçın start heyətində meydana daxil olan Andrade 21-ci dəqiqədə aqressiv hərəkətinə görə birbaşa qırmızı vərəqə alıb.
Qol.az xəbər verir ki, Andrade öncə sarı vərəqə alıb. Lakin baş hakim VAR-a baxdıqdan sonra əvvəlki qərarını ləğv edib və Andradeyə Seneqalın oyunçusu Pap Quyenin ayağına qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə göstərib. Maraqlıdır ki, Pap Quye həm də Konfrans Liqasının 1/16 finalında “Qarabağ”ın rəqibi olan “Marsel”in (Fransa) dayaq yarımmüdafiəçisidir. Beləliklə, bu futbolçuların növbəti dəfə klub səviyyəsində qarşılaşmaq ehtimalı var.
Əlavə edək ki, Kabe Verde millisi Afrika Millətlər Kubokunda Sadio Manenin lideri olduğu Seneqala 0:2 hesabı ilə uduzaraq 1/8 finalda mübarizəni dayandırıb.
Yaxın günlərdə Andradenin “Qarabağ”ın düşərgəsinə qoşulacağı gözlənilir.
Qeyd edək ki, Afrika Millətlər Kubokunun oyunları səbəbindən Patrik Andrade Ağdam klubunun Antalyadakı təlim-məşq toplanışında iştirak etməyib.
Patrik Andradenin qırmızı vərəqə aldığı epizoda videonun 1:00 dəqiqəsindən baxa bilərsiniz.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu