"Neftçi"nin braziliyalı futbolçusu Ramon Maçado klubun rəsmi saytına müsahibə verib. Qol.az həmin müsahibəni təqdim edir.
- 2021-ci il geridə qalmaq üzrədir. Yeni il bayramını necə qeyd edəcəksiniz?
- Hazırda Braziliyadayam və Yeni il bayramını ailəmlə birlikdə qeyd edəcəyəm. Yanvarın 3-də Bakıya qayıdacağım üçün bayramı qeyd etməyə elə də çox vaxtım yoxdur. Vətənimə dincəlmək, daha çox enerji toplamaq üçün gəlmişəm.
- 2021-ci ili, həmçinin bu mövsümün ilk hissəsində “Neftçi”nin çıxışını və öz oyununuzu necə dəyərləndirirsiniz?
- Öz çıxışımdan, demək olar, razı qaldım. Amma düşünürəm ki, mən daha yaxşı oynaya, komandamız isə daha yaxşı nəticələr göstərə bilərdi.
- Ağ-qara formada meydana çıxdığınız 11 oyunda 3 qola imza atmısınız. Necə düşünürsünüz, daha çox qol vurmağınıza nə mane oldu? Ümumiyyətlə, mövsümün ikinci hissəsində “Neftçi”dən və öz oyununuzdan nə gözləyirsiniz?
- Hesab edirəm ki, vurduğum 3 qol məni qarşıdakı oyunlarda daha çox fərqlənmək üçün ruhlandıracaq. İnanıram ki, yeni il həm mənim, həm də komandamız üçün uğurlu və düşərli olacaq.
- Peşəkar karyeranızın lap əvvəlində Almaniyanın “Regensburq” klubundakı çıxışınızı nəzərə almasaq, Azərbaycan sizin legioner həyatı yaşadığınız ilk ölkədir. Ölkəmiz və paytaxt Bakı haqqında nə deyə bilərsiniz?
- Azərbaycan və Bakı sözün həqiqi mənasında məni təəccübləndirdi. Mən və ailəm bu gözəl şəhərdə çox xoşbəxtik. “Neftçi”də hələ uzun illər oynamaq istəyirəm.
- Yəqin ki, qış fasiləsindən sonra azarkeşlər sizdən daha çox qol gözləyəcəklər. Onlara sözünüz varmı?
- “Neftçi”də qarşıya qoyulan məqsədlərə çatmaq üçün indi özümü daha hazır hesab edirəm. Azarkeşlər mənim timsalımda meydanda daha güclü və daha iradəli futbolçu görəcəklər. İnanıram ki, onların ümidlərini doğruldacağam.
- Yeni – 2022-ci ildən gözləntiləriniz nədir?
- Yeni ildən gözləntilərim çoxdur. Arzu edirəm ki, daha çox oynamaq şansı qazanıb, daha çox qollar vurum və “Neftçi”nin məqsədinə çatması üçün yaxşı nəticələr göstərməsində faydalı olum.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video