"Nurlan İbrahimovun cəzalanması ilə bağlı fikirlərimi qısa bildirmişdim. Belə hallar heç birimiz üçün xoş deyil. Hər halda yaxşı tərəfini düşünək. Çox istərdim ki, bu məsələ bitsin, İbrahimov yenidən sıralarımıza qayıtsın".
Qol.az məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılmasına münasibət bildrir barədə danışarkən deyib.
Qurbanov "Qarabağ"ın həmişə Nurlan İbrahimova dəstək olacağını deyib: "Nurlan hər kəsin tanıdığı və hörmət etdiyi şəxsdir. Klub olaraq, Nurlanla münasibətimiz pis deyil. O, hamımızla ünsiyyətdə olur. Məncə, klub heç nəyə "yox" deməz. "Qarabağ" hər zaman onun arxasında olacaq. Eləcə də hamımız".
Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı dekabrın 22-də açıqlamalı idi. Lakin bu, daha sonra yanvarın 22-ə təxirə salınıb.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda