"Qarabağ"da ciddi itki - Şahruddin əməliyyat olundu

"Qarabağ"da ciddi itki - Şahruddin əməliyyat olundu
ÖLKƏ FUTBOLU 19 Dekabr 2021 / 15:30 5305
-  A +

"Qarabağ"ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyev əməliyyat olunub.

Bu barədə Qol.az-a klubun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. 

Türkiyədə sağ qolundan əməliyyat edilən millimizin qolkiperi 2,5 ay meydana çıxa bilmyəcək. Onun Konfrans Liqasının pley-off mərhələsində fevral ayında “Marsel”lə (Fransa) oyunları buraxacağı dəqiqdir.

Klub rəsmisi bir neçə gün əvvəl əməliyyat olunan “Qarabağ”ın digər qapıçısı Emil Balayevin durumunun yaxşı olduğunu və Antalya toplanışı zamanı komandaya qoşulacağını da bildirib.

Daha çox


Son xəbərlər
07.03.26  18:46

Noyer sıradan çıxdı

topaz banner