Vüsal İsgəndərli 90+7-də komandasını xilas etdi - Video

Vüsal İsgəndərli 90+7-də komandasını xilas etdi - Video
ÖLKƏ FUTBOLU 18 Dekabr 2021 / 17:21 7989
-  A +

Türkiyənin "Keçiörengücü" klubunda çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli növbəti qolunu vurub.

Qol.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Türkiyə 1-ci liqasının 17-ci turunda evdə yarışın iddialılarından olan "Erzurumsor"la keçirilən görüşdə fərqlənib.

Fasilədən sonra meydana daxil olan oyunçu görüşün əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə rəqib qapısına yol taparaq, komandasını məğlubiyyətdən xilas edib. Oyun 3:3 hesabı ilə başa çatıb. Xallarını 19-a çatdıran "Keçiörengücü" 14-cü pilləyə yüksəlib.

Qeyd edək ki, bu, Vüsal İsgəndərlinin "Keçiörengücü" klubunda 4-cü qoludur.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner