"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel”in baş məşqçisi Xorxe Sampaoli Ağdam təmsilçisi ilə keçirəcəkləri matçlar barədə danışıb.
Qol.az xəbər verir ki, 61 yaşlı argentinalı mütəxəssis Fransa çempionatında ilk pillələr uğrunda mübarizə aparmalarına baxmayaraq, Konfrans Liqasına da ciddi yanaşdıqlarını söyləyib:
“Mövsümə yaxşı başladıq, həm Liqa 1-də, həm də avrokuboklarda iddiamızı davam etdiririk. Konfrans Liqası bu ildən yaradılmasına baxmayaraq, yüksək səviyyəli komandalar burada çıxış edir. Bu turnirə qeyri-ciddi yanaşmaq fikrimiz yoxdur. Bu, eyni zamanda Avropa arenasında böyük klublarla qarşılaşmaq üçün fürsətdir. Hədəfimiz Konfrans Liqasını qazanmaq, bunu azarkeşlərə hədiyyə etməkdir”.
Qeyd edək ki, “Marsel”lə “Qarabağ” arasında ilk oyun gələn il fevralın 17-də Marseldə, cavab görüşü isə 24-də Bakıda keçiriləcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda