“Qarabağ”ın mərkəz hücumçusu Musa Qurbanlı bu mövsüm Azərbaycan Premyer Liqasında uğurlu oyunu ilə seçilir.
Qol.az xəbər verir ki, 19 yaşlı futbolçu dünən “Zirə”yə qarşı görüşdə (2:0) komandasının hər iki qolunu vurub. Bu, “Qarabağ”ın 2021-ci ildə son qolu (qolları) olub.
Ümumilikdə, Qurbanlı bu mövsüm Premyer Liqanın 14 matçının 8-də meydana çıxıb. O, ilk dəfədir belə çox oyun şansı qazanır. Bu mövsüm 474 dəqiqə meydanda olan gənc futbolçu 6 qol vurub, 4 qolun isə ötürməsini edib. Bu isə o deməkdir ki, Ağdam klubunun cari çempionatdakı vurduğu 30 qoldan 10-da (üçdə biri) Musanın böyük rolu olub. Son illər "Qarabağ"da belə məhsuldar oyun sərgiləyən çox az gənc futbolçu var.
Hazırda Qurbanlı bombardirlər siyahısında Abdullah Zubir ("Qarabağ") və Coy-Lens Mikelslə ("Sabah") birgə 3-cü yeri bölüşdürür. İlk yeri tutan Davit Volkovun ("Zirə") ehtyatında 10, 2-ci yerdəki Filip Ozobiçin ("Qarabağ") isə 7 qol var.
Maraqlıdır ki, M.Qurbanlı 6 qolu hər birində dubl etməklə 3 oyunda vurub (“Səbail”, “Sumqayıt” və “Zirə” ilə matçlarda). O, 8 oyundan 7-də əsas, 1-də isə ehtiyat futbolçu kimi meydana daxil olub. Onun intizamlı oyunu da diqqət çəkir. Bu görüşlərin heç birində Musa bir vərəqə belə almayıb.
Baş məşqçi Qurban Qurbanovun oğlu olan Musa ötən mövsümü icarə qaydasında “Zirə”də keçirib. Bu yay yenidən “Qarabağ”a qayıdıb və futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Azərbaycan futbolunun istedadlarından sayılan və böyük ümidlərindən olan Musanın hələlik Avropa kuboklarında oyun təcrübəsi çox deyil. O, bu mövsüm Avropa Konfrans Liqasında ehtiyat futbolçu kimi 4 oyunda (3-ü təsnifat, 1 qrup mərhələsi) iştirak edib.
Qeyd edək ki, M.Qurbanlı Canni de Byazinin rəbərliyi A milli komandaya da dəvət alıb. Məhz italiyalı mütəxəssisin rəhbərliyi altında əsas millidə debüt edib. Bugünə qədər M.Qurbanlı milliylə bir oyunda – Sloveniyaya qarşı yoxlama matçında meydana çıxıb (34 dəqiqə).
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda