"Hesaba baxmayaraq, çox çətin oyun oldu. 90 dəqiqə ərzində yaxşı iş gördüyümüz, yaxşı təşkil olunmuş hücumlardan sonra qollar vurduğumuz üçün məmnunam. Müdafiədə güvənli oynamağa köklənmişdik. Bu gün qələbə qazanıb fasiləyə yüksək əhval-ruhiyyədə yollanmaq vacib idi".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri matçından sonra mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis bildirib ki, qış fasiləsində 1-2 futbolçunun icarəyə göndərilməsi gündəmdədir: "Həmçinin komandaya 1-2 yeni oyunçu qoşula bilər. Amma gələnlər komandanı daha da gücləndirməlidir. Transfer xatirinə oyunçu almayacağıq".
Musayevin sözlərinə görə, daha əvvəl rəhbərliyi altında oynamış hər hansı futbolçunu Bakıya gətirmək çox çətin olacaq: "Hazırda daha çox əvvəl birlikdə işləmədiyim oyunçulara baxırıq. Seleksiya ilə bağlı suala cavab verməyəcəyəm. Transferləri elan edəndə bunu hamımız görəcəyik".
38 yaşlı baş məşqçi hazırda Türkiyənin "Giresunspor" klubunda çıxış edən keçmiş futbolçusu Məhəmməd-Şapi Süleymanovun transfer siyahısında olmadığını vurğulayıb: "Bu barədə artıq açıqlama vermişəm. Dünən özü ilə danışdım. Türkiyədə olmaqdan xoşbəxtdir. Hələlik qol hesabını açmasa da, yaxşı oyun göstərir".
Musayev serbiyalı qapıçı Saşa Stamenkoviçin komandadan ayrılmasına da toxunub: "Stamenkoviç dürüst insan və peşəkar oyunçudur. Evdə bəzi məsələlər var ki, futbola diqqət ayırmasına mane olur. Xahiş etdi ki, ailəsinə vaxt ayıra bilməsi üçün ona güzəştə gedək. Saşaya çox hörmət edir, onu sevirik. Ailə çox önəmlidir. Ona görə komandamızdan ayrıldı".
Mütəxəssis 70-ci dəqiqədə baş hakim Elçin Məsiyevin qərarına sərt reaksiya verməsinin səbəbini də açıqlayıb: "Top meydanın sol tərəfində idi. Rəqib oyunçu meydana icazəsiz girdiyi üçün futbolçumuza mane oldu. Qaydaları bilirəm. Top bəzi bölgələrdə olarkən meydana oyunçunu buraxmaq olmaz. Hakimlik yaxşı idi. Matçdan sonra emosional hərəkətimə görə hakimlərdən üzr istədim".(report.az)
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı