“Hazırlığa dekabrın 12-dən başlamışıq. Dünən və bu gün isə gündə 2 dəfə məşq keçirik. Məşqlərdə fiziki hazırlığa yox, taktiki çalışmalara daha çox yer verilir".
Qol.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev Ukrayna ilə yoldaşlıq görüşlərindən əvvəl açıq məşq zamanı keçirilən brifinqdə deyib.
O, Ukrayna ilə matçlarda həm yaxşı nəticə qazanmaq və səhvləri, çatışmazlıqlarıı görmək istədiklərini söyləyib:
"Çünki yanvarda da toplanışımız və yoldaşlıq oyunumuz olacaq. Həmin hazırlıq prosesində bu matçlarda ortaya çıxacaq səhvlər üzərində işləyəcəyik. Adından da göründüyü kimi, Ukrayna ilə oyunlarımız yoxlama xarakteri daşıyacaq. Lakin reytinq əmsallarına xallar əlavə etmək baxımından qələbə qazanmaq lazımdır. Baş məşqçinin tapşırıqlarından da çox şey asılıdır. Elə etməliyik ki, Avropa çempionatının final mərhələsinə tam hazır yollanaq".
Fərzəliyev Ukrayna seçməsi ilə ilk dəfə 2010-cu ildə qarşılaşdıqlarını xatırladıb: "Həmin vaxt final mərhələsinin 1/4 final matçı idi. Əsas və əlavə vaxt heç-heçə başa çatdığına görə, qalib penaltilər seriyasında müəyyənləşdi. Sonrakı illərdə isə həm rəsmi oyunlarda, həm də turnirlərdə üz-üzə gəldik. Ümumiləşdirsək, bizim üçün uğurlu rəqib deyil. Çox qaçan komandadır. Biz isə texnikalı oyuna üstünlük veririk. Ona görə də oyun çətin keçəcək”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda