"Məşqlərimiz yaxşı keçir. Əhval-ruhiyyəmiz də yaxşıdır. Çalışırıq ki, baş məşqçinin dediklərini məşqdə yerinə yetirək".
Qol.az xəbər verir ki, bu fikirli futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Ukrayna ilə yoldaşlıq görüşlərindən əvvəl açıq məşq zamanı keçirilən brifinqdə deyib.
30 yaşlı qolkiper 2022-ci ilin əvvəlində Avropa çempionatının final mərhələsində 6-cı dəfə çıxış edəcəklərini xatırladıb: "Rəqiblərimizdən Gürcüstan millisi debütantdır. Ancaq onların zəif olduğunu heç kim düşünməsin. Ümumiyyətlə, final mərhələsinin 16 iştirakçısı arasında asanlıqla məğlub ediləcək komanda yoxdur. Sadəcə, təcrübəmiz onlardan daha çoxdur. Bosniya və Herseqovinaya qarşı bir dəfə - 4-5 il əvvəl oynamışıq. Həmin görüş Bakıda keçirilib və qələbə qazanmışdıq. Ancaq oyun kifayət qədər çətin keçmişdi. İspaniya millisinin gücü isə hər kəsə məlumdur. Lakin biz meydana gəzmək üçün çıxmayacağıq. Ümumiyyətlə, onlara qarşı hər zaman daha yaxşı köklənmişik. Çalışacağıq ki, bu dəfə meydandan xalla ayrılaq".
Hüseynli 2 ay əvvəl Çempionlar Liqasında Ukrayna təmsilçisi "Uraqan"la üz-üzə gəldiklərini xatırladaq: "Bu komandanın oyun üslubu demək olar ki, Ukrayna yığması ilə eynidir. Həmin klubun 3 üzvü də millidə iştirak edəcək. Oyun əhəmiyyətlidir. Avropa çempionatının final mərhələsinin marafonu bizim üçün bu görüşlə başlayacaq".
O, yoldaşlıq oyunu olmasına rəğmən, qələbənin komandaya əlavə stimul verəcəyini diqqətə çatdırıb: "Ukrayna ilə matçda da hesab önəmli olacaq, qələbə bizə reytinq xalları qazandıracaq. Amma tapşırıqları baş məşqçi verir. Çox güman, final mərhələsinin oyunlarında istifadə edəcəyimiz taktiki gedişləri, “ev tapşırıqları"nı bu görüşlərdə sınayacağıq”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda