“Üç gündür tam heyətlə hazırlıq keçirik. Məşqlər planlaşdırdığımız şəkildə davam edir. Bu arenada ilk dəfə oynayacağıq, amma hər cür şəraitin olduğunu deməliyəm".
Qol.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Ukrayna ilə yoldaşlıq görüşlərindən əvvəl açıq məşq zamanı keçirdiyi brifinqdə deyib.
Braziliyalı mütəxəssis bildirib ki, yığma sonuncu dəfə apreldə bir araya gəldiyindən, oyunçulara tam istədiyini aşılamaq üçün vaxtları elə də çox olmayacaq: "Artıq 7 ay keçib və bu müddətdə legioner futzalçılarımız öz klublarında müxtəlif taktiki sistemdə çıxış edirlər. Onları yenidən öz sistemimizə qaytarmaq üçün çoxlu məşqlər keçməliyik. Fineo ilə bağlı problemimiz var. O, klubundan zədəli gəlib, bugünkü məşqdə də iştirak etməyəcək. Amma oyuna qədər məşqlərə qoşulacaq. Eduardo Borges isə zədə səbəbindən bu toplanışa dəvət edilməyib. Ukrayna millisi yaxşı komandadır. Biz yığmanın nə qədər hazır olub-olmadığını yoxlayacağıq. Rəqibimiz də bizim kimi, qitə birinciliyinə hazırlaşır. Onlar üçün də vəziyyət eynidir. Maraqlı və çətin oyun olacağına inanıram. Ukraynanın İspaniya ilə keçirdiyi oyuna baxacağam".
Baş məşqçi toplanışa dəvət etdiyi gənc futzalçıların hazırlıq səviyyəsindən də danışıb: "Həm Xəzər Ağalızadə, həm də Nurlan Mehdizadə gələcəkdə millinin formasını geyinə bilərlər. Özünüz də görürsünüz ki, heyətimizdə yer alan futzalçıların əksəriyyəti yaşlıdır. 3-4 ildən sonra onları əvəzləməliyik. Ona görə də ehtiyat qüvvəni indidən formalaşdırmalıyıq. Nurlan və Xəzərdən əvvəl qapıçı Cavad Məmmədovu da komandaya cəlb etmişik".
Qarşıdakı Avropa çempionatının daha çox komandanın iştirakı ilə keçiriləcəyini xatırladan braziliyalı mütəxəssisin fikrincə, artıq final mərhələsində zəif rəqib, yüngül oyun axtarmaq mümkün deyil. Da Silva rəqibləri də dəyərləndirib: "Gürcüstan millisi heyətini gücləndirir. Final mərhələsinə qədər heyətlərinə yeni futzalçılar cəlb edəcəklər. Bosniya və Herseqovina isə illərdir bir yerdə çıxış edən futzalçılardan qurulub. Onlar dünən Slovakiya ilə yoldaşlıq oyunu keçiriblər. Həmin matça baxacaq və müəyyən analizlər aparacağam. İspaniya haqqında isə geniş danışmaq artıqdır. Bu komandanın nəticələri ortadadır. Azərbaycan millisinin də öz imici, statusu var. Biz də rəqiblərimiz üçün güclü komandayıq. Çalışacağıq ki, əvvəlki illərdə qazandığımız uğurları inkişaf etdirək".
Baş məşqçi final mərhələsinədək daha bir yoldaşlıq görüşü keçirəcəklərini açıqlayıb. Onun sözlərinə görə, artıq rəqiblə danışıqlar müsbət yekunlaşıb: "Yanvarın 17-də səfərdə Belçika ilə qarşılaşacağıq və Niderlanda həmin oyundan sonra yollanacağıq”.
Qeyd edək ki, Azərbaycan millisi Ukrayna ilə dekabrın 18-də və 19-da üz-üzə gələcək.
"Liverpul" onun üçün 80 milyon avro ödəməyə hazırdır
Alleqri "Real"ı çalışdıracaq?
Undav "Ştutqart"ın rekordunu təkrarladı
"Ən azı 1 xal qazanmağı hədəfləmişdik" - Siyasət Əsgərov
Küveytdən dönə bilmirdilər - Qayıtdılar
Kazemiro hansı kluba getməyi hədəfləyir?
"Roma"dan "Barselona"ya keçə bilər
"Real"ın müdafiəçisi sıradan çıxdı
"Liverpul" onun müqaviləsini yenilədi
İstanbul derbisinin heyətləri açıqlandı
Zədəli Ronaldodan xəbər var - Şəkil
Azərbaycan millisi Macarıstana məğlub oldu
Arda Güler matçın ən pis oyunçusu seçildi
"Arsenal" kubok oynunda qələbə qazandı
Noyer sıradan çıxdı
“Şəfa”nın yeni prezidenti açıqlandı
"Qış fasiləsindəki bəzi tələblərim reallaşmadı" - Saşa İliç
"Karvan-Yevlax"ın son dəqiqə qolu - Video
AFFA nümayəndələri UEFA-nın baş qərargahında
“Karvan-Yevlax” “Sumqayıt”la heç-heçəyə razılaşdı
"Arsenal" gənc oyunçulara şans verən ilk klub oldu
Flikdən Levandovski açıqlaması
“Mançester Siti”yə qarşı dominant olmalıyıq”
“Arsenal”dan ulduzları ilə bağlı qərar
"Karvan-Yevlax" - "Sumqayıt": Heyətlər
“Milan”dan Alleqri ilə bağlı addım
“Real”a azarkeş qalmaqalı ilə bağlı cəza verildi
Enrike: “Özünəinam supermarketdən alına bilən şey deyil”
Levandovski gələcəyindən danışdı
A seriyasının ən yaxşısı odur
Klub sahibi Messinin illik qazancını açıqladı
Azərbaycan millisi Macarıstana qarşı
Arda Güler Avropada 2-ci yerə yüksəldi
“Napoli” “Torino”nu məğlub etdi
“Liverpul” ilk 1/4 finalçı oldu
“Real” sonda sevindi
PSJ öz meydanında uduzdu
“Bavariya”dan böyük hesablı qələbə
MOİK-in qələbəsi - Video
Azərbaycan cüdoçusu "Qran-pri"nin qalibi oldu