"Hər zaman daha gənc futbolçulara üstünlük vermişik. Hər hansı perspektivli oyunçunu əldə etmək şansımız varsa, bundan maksimum istifadə etməyə çalışırıq".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin və Ukraynanın "Minay" klubunun futbolçusu Rüstəm Əhmədzadənin transferi ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, 21 yaşlı hücumçunun böyük potenasialı var: "Onun oyununu həm yığmada, həm də klubunda izləmişəm. Ancaq Əhmədzadəni komandaya götürməklə bütün işimiz düzəlmir. Belə potensiallı uşaqların bacarığını üzə çıxarmağı çox istərdim. Açığı, hələ rəsmi müqavilə imzalanmayıb. Klubu ilə razılıq əldə olunub. Özü ilə danışıqlar davam edir. Hər şey qaydasında olduğu halda bir neçə günə rəsmiləşə bilər. Hər şey özündən asılı olacaq. Komandaya qoşulduqdan sonra onu daha yaxından tanıyacağam".
Q.Qurbanov qışda başqa transferlərin də olacağını bildirib: "Yeni transferlər gözlənilir. Qış fasiləsi ən çətin dönəmdir. Ötən yaydan danışıqlar apardığımız oyunçular var".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda